Page 327 - heynrix
P. 327
İ ROMAN

Pəncərəyə tərəf gedib küçənin tinindəki saata baxdım. BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Doqquzun yarısına lap az qalmışdı. Mənə elə gəldi ki, onlara
çox yaxşı axşam yeməyi verirlər. Leo ilə böyük məmnuniyyətlə 327
söhbət edərdim, ancaq indi məni yalnız onun borc verəcəyi
pul düşündürürdü. Tədricən vəziyyətimin ciddiliyi özümə tam
aydın olmağa başladı. Bəzən kəsdirə bilmirəm ki, görəsən,
hansı həqiqətdir: lap bu yaxınlarda başıma gəlmiş hesab
elədiklərim, yoxsa indi başıma gələnlərin özü?

Hamısını qarışdırıram. Məsələn, and içə bilməzdim ki,
Osnabrükdə o oğlanı görmüşəm. Ancaq and içə bilərdim ki,
Leo ilə dirəyi kəsmişik. Heç ona da and içə bilməzdim ki,
babamın iyirmi iki marklıq çekini dəyişmək üçün Edqar
Vinekenin yanına – Kalka piyada getmişəm. O detalları bircə‐
bircə xatırlamağım da buna sübut ola bilməz. Nə mənə pulsuz
kökə verən qadının yaşıl koftası, nə də qapının astanasında
oturub Edqarı gözləyəndə yanımdan keçən cavan fəhlənin
corablarındakı yırtıqlar. Ancaq yüz faiz əmin idim ki, dirəyi
kəsərkən Leonun üst dodağında puçurlanan təri görmüşəm.
Mariyanın Kölndə ilk dəfə uşaq saldığı axşamı bütün təfər‐
rüatları ilə xatırladım. Onda Haynrix Belen mənim üçün
gənclər qarşısında çıxış təşkil edirdi və bir‐iki xırda səhnəcik
göstərib iyirmi mark alırdım. Mariya hər dəfə də mənimlə
gedirdi. Ancaq özünü pis hiss etdiyi üçün həmin axşam evdə
qaldı. Çıxışdan sonra cibimdə on doqquz mark xalis gəlirlə
qayıdanda gördüm ki, evdə heç kəs yoxdur, ancaq yığılmamış
yataqda mələfə qanlıdır və komodun üstündə bir məktub var:
“Xəstəxanadayam. Elə qorxulu deyil. Haynrix hər şeyi bilir”.
Başıalovlu bayıra qaçdım, Haynrixin üz‐gözündən zəhər yağan
sahibəsindən onun hansı xəstəxanada olduğunu öyrəndim,
ora qaçdım, ancaq içəri buraxmadılar, məcburiyyət qarşısında
qalıb Haynrixi tapdırdım, telefona çağırtdırdım, yalnız bundan
sonra qapıda dayanmış rahibə məni içəri buraxdı. Mən
Mariyanın yatdığı palataya çatanda artıq gecə saat on ikinin
yarısı idi və hər şey keçib‐getmişdi. Çarpayıda uzanmışdı, rəngi
avazımışdı, ağlayırdı. Yanında oturan rahibə təsbeh çevirirdi.
   322   323   324   325   326   327   328   329   330   331   332