Page 332 - heynrix
P. 332
HAYNRİX BÖLL

tulladım, təzə süzgəc götürdüm, içinə dörd qaşıq qəhvə
tökdüm, su qatdım. İstədim ki, mətbəxi bir az qaydaya salam.
Qəhvədanın bulaşmış qapağını sildim, boş bankaları, yumurta
qabıqlarını zibil vedrəsinə atdım. Zibilli otaqdan heç xoşum
gəlmirdi, ancaq özüm də yığışdıra bilmirdim. Qonaq otağına
keçib çirkli qədəhləri gətirdim, kranın altındakı vannaya
yığdım. İndi otaqda yerində olmayan heç nə qalmamışdı,
bununla belə, zibilli görünürdü. Bu işdə Mariyaya söz ola
bilməzdi, nəzərəçarpan elə bir ağır iş də görməzdi, ancaq bircə
dəqiqənin içində otaq gül kimi olardı. Bunun sirri onun
əllərində idi. Mariyanın əlləri yadıma düşəndə, eyni zamanda
təsəvvürümə gətirəndə ki, həmin əlləri indi Tsüpfnerin çiyninə
qoyur, məni caynağına almış melanxoliklik ümidsizliyə
çevrilirdi. Qadın əlləri çox şey ifadə edə bilər, adamı aldada da
bilər. Müqayisədə kişi əlləri mənə çürümüş kötük kimi
görünür. Kişilərin əlləri kiminsə əlini sıxmaq, kimisə vurmaq
üçündür, həm də güllə atmaqdan, nizə atmaqdan ötrü.
332 Sıxmaq, vurmaq, güllə atmaq, haqq‐hesab qəbzlərinə qol
çəkmək... Kişi əlləri yalnız bunları bacarır, bir də, əlbəttə,
işləməyi... Qadın əllərisə çörəyin üstünə yağ çəkəndə də, gözə
düşən saçları geri atanda da həmin əllər olmur... Heç bir
ilahiyyatçının ağlına gəlməyib ki, “İncil”də qadın əllərinə bir
ayə həsr etsin. Veronika, Maqdalena, Məryəm və Marta...
Bunlar hamısı “İncil”də İsaya nəvaziş göstərmiş qadın
əlləridir... Bunun əvəzində, qanunlardan, əxlaq prinsiplərin‐
dən, incəsənətdən, dövlətdən danışırlar. İsanın özünün qadın‐
larla, necə deyərlər, az da olsa, şəxsi münasibəti olub. Əlbəttə,
ona kişilər də lazım idi. Kalik kimi hökumətə yarınanlar,
təşkilatlardan və buna bənzər mənasız işlərdən yaxşı baş
çıxaranlar! Kişilər ona çox lazım idi: elə bil harasa köçürsən və
sənə mebel daşıyan, qara işləri görən adamlar lazımdır. Axı
Petrusla Yohannes o qədər nərmənazik idilər ki, az qala, onlara
kişi demək olmazdı. Halbuki Paulusda romalılara məxsus kişilik
vardı. Evimizdə imkan düşən kimi bizə “İncil”dən oxuyardılar,
çünki qohumlarımızın çoxu keşiş idi, ancaq heç biri bizə
   327   328   329   330   331   332   333   334   335   336   337