Page 334 - heynrix
P. 334
HAYNRİX BÖLL
darlıqlarını çox vaxt belə şirin sözlərlə ifadə edirdilər:
“Bugünkü cavanlara nahaq yerə “pis” deyirlər”. Bəzən də
üstünə donuz qaxacı qoyulmuş iri çörək dilimi verirdilər. Onda
mənə elə gəlirdi ki, nənələr ən çox Dortmundla Hannofer
arasında yasa gedib‐gəlirlər. Mariya utanırdı ki, biz həmişə bi‐
rincidərəcəli vaqonda gedirik və deyirdi ki, kimisə ikinci‐
dərəcəliyə bilet aldığına görə bizim vaqondan bayıra atsalar,
dözə bilməz. Çal‐çarpaz qohumluq münasibətləri haqqındakı
söhbətlərə qulaq asmaqdan, ömründə görmədiyi adamların
şəkillərinə səbirlə baxmaqdan da usanmırdı. Bir dəfə də
Bükkeburqlu bir kəndli qadının yanında düz iki saat oturduq.
Onun iyirmi üç nəvəsi vardı, hamısının da şəkli yanındaydı.
Onda biz iyirmi üç tərcümeyi‐hala qulaq asdıq, iyirmi üç gənc
oğlan və qızın şəklinə baxdıq. Hamısı da bir yana çıxmışdı. Biri
Münsterdə inspektor idi, biri dəmiryol xidmətçisinə ərə
getmişdi, biri taxta zavodunun direktoru idi, biri də bizim
həmişə səs verdiyimiz partiyada rəhbər vəzifədəydi. Arada da
334 dedi: “Bilirsiniz də, hansı partiyanı deyirəm?!” Biri bundes‐
veerdə idi, nənə dedi ki, o, həmişə arxayınçılığı xoşlayıb.
Mariya deyilənlərə böyük maraqla qulaq asdı, özü də “əsl
məhəbbət”dən danışdı. Hər dəfə eyni şeylərin təkrar olması
məni yordu. Dortmundla Hannoferin arasında nəvəsi dəmir‐
yol xidmətçisi olan o qədər nənə vardı ki! Bəzilərinin də
gəlinləri cavan ölmüş olurdu, “çünki dünyaya uşaq gətirmək
istəmirdilər”. İndiki qadınlar belədir, neyləyəsən! Mariya yaşlı,
köməyə ehtiyacı olanlara qarşı çox həssas, mehriban idi.
İmkan olanda hətta onlara zəng vurmaqda da kömək edirdi.
Bir dəfə ona dedim ki, gərək vağzalda xristian missiyasını
yerinə yetirən olaydı.
Bir qədər incimiş halda dedi:
– Niyə də olmayım?
Əslində, mən o sözləri acıqla, qəsdlə deməmişdim. İndi
də təxminən elə bir missiya yerinə yetirirdi və mənə elə gəlir
ki, Tsüpfner qızı xilas etmək üçün onunla evlənmişdi, Mariya
da onu "xilas etmək" üçün Tsüpfnerə ərə getmişdi. Ancaq