Page 338 - heynrix
P. 338
HAYNRİX BÖLL

Yox, yox, olmaz! Şən bir ovqatla, cingiltili gülüşlərlə özünü
yalandan canıyanan göstərmək! Pəhriz saxlamaqdan çatlamış
dodaqlardan, dimdik boğazların gərilmiş əzələlərindən sanki
şadlıq yağır. Ancaq hamısı bircə davaya, iki‐üç yağlı sözə
bənddir, o dəqiqə yox olacaq. Sakit yay axşamlarının birində
bağlı qapılar, örtülü pərdələr arxasında çini qab‐qacaq oradan‐
bura, buradan‐ora vıyıldamağa başlayanda saxta qonşuluq
münasibətləri arxasında gizlənmiş o hislər heçə dönəcək!
“Mən deyirdim olsun!” “Sən, sən istəmədin!” Zərif qab‐qacaq
da mətbəxin divarına çırpılandan sonra onlarda zəriflik qalmır.
Təcili yardım maşınları ulaya‐ulaya yamacla yuxarı qalxır.

Sındırılmış krokus, əzilmiş otlar, uşağın əlindən çıxıb
bağçaya düşmüş balaca top, təcili yardımların ulaşan həyəcan
siqnalları elan olunmamış bir müharibənin başlandığından
xəbər verir. Ah, gərək, bağı aşağıdan yuxarı düzəltdirəydik...

***
338 Telefonun səsindən diksindim. Dəstəyi götürəndə utan‐

dığımdan qızardım. Monika Zilves tamam yadımdan çıxmışdı.
– Alo, Hans?!
– Bəli, bəli, – dedim və bilmədim ki, nə üçün zəng vurub.

Yalnız “xoşunuza gəlməyəcək” deyəndə mazurka yadıma
düşdü. Daha geri çəkilə bilməzdim, daha deyə bilməzdim ki,
istəmirəm. İstər‐istəməz o dəhşətli mazurkaya qulaq asmalı
idim. Monika dəstəyi royalın üstünə qoyub çalmağa başladı.
Gözəl çalırdı, musiqiyə söz ola bilməzdi. Qulaq asa‐asa köv‐
rəldim, ağlamağa başladım. Gərək həmin anı təzədən geri
qaytarmağa çalışmayaydım: Mariyanın yanından evə qayıt‐
dığım, Leonun öz otağında mazurka çaldığı anı... O anları qay‐
tarmaq olmaz, o anlar barədə heç kəsə heç nə demək olmaz...
Bir payız axşamı Edqar Vinekenin bizim bağda 100 metri 10,1
saniyəyə qaçdığı anı da... Saniyəölçəni özüm dayandırdım,
məsafəni özüm ölçdüm. Həmin məsafəni həmin axşam 10,1
saniyəyə qaçdı. Onda çox yaxşı formadaydı, ovqatına da söz
ola bilməzdi. Ancaq heç kəs buna inanmadı. Bizim böyük
səhvimiz idi ki, bu barədə danışırdıq, həmin anı əbədiyyətə
   333   334   335   336   337   338   339   340   341   342   343