Page 342 - heynrix
P. 342
HAYNRİX BÖLL
Sonra Mariya ilə Zabine qəhvə dəmləmək üçün mətbəxə
keçir və çox güman ki, özlərinin “qadın söhbəti”nə başlayır‐
dılar. Yəqin, Mariya da mənim kimi belə söhbətləri xoşlamırdı.
Mən Karlla tək qalan kimi məzəmmətlə puldan danışmağa
başlayırdı, sanki demək istəyirdi: “Ona görə səninlə bu baradə
danışıram ki, sən yaxşı oğlansan. Ancaq özünü elə göstərirsən
ki, guya başa düşmürsən”.
Köksümü ötürüb dedim:
– Zabine, mən çox ağır vəziyyətə düşmüşəm. Həm iş
cəhətdən, həm mənəvi cəhətdən, həm fiziki cəhətdən, həm
də maddi... mən...
– Doğrudan da, acsansa... Axı özün də bilirsən ki, qazın
üstündə sənin üçün bir qazan şorbamız həmişə var.
Susdum. Quru da olsa, səsindəki səmimiyyətdən riqqətə
gəldim.
– Eşidirsən? – soruşdu.
– Eşidirəm, – dedim. – Ən geci, sabah günorta gəlib o bir
342 qazan şorbanı içəcəm. Əgər uşaqlara baxmağa adam axtar‐
sanız, mən...mən... – Kəkələdim. Axı bir vaxt onun üçün pulsuz
gördüyüm işi indi pulla görmək yaxşı alınmırdı. Bir də yadıma
Qreqora yumurta verməyim – o səfeh hadisə düşdü.
Zabine gülüb dedi:
– Hə, sözün yarımçıq qaldı.
– Demək istəyirəm ki, bəlkə, tanışlarınıza belə bir adam
lazımdır... Telefon nömrəmi verin... Mən başqalarından ucuz
baxaram...
O susdu və hiss etdim ki, sarsıldı.
– Bura bax, – dedi, – çox danışa bilmirəm. Bir əməlli‐başlı
de görüm, sənə nə olub?
Deyəsən, Bonnda yeganə adam idi ki, Kostertin tənqidini
oxumamışdı və bir də yadıma düşdü ki, Mariya ilə aramızda
baş vermiş hadisəni bilməz. O "dairə"dən heç kəsi tanımırdı.
– Zabine, – dedim, – Mariya məni atıb... Tsüpfner adlı bir
nəfərlə evlənib...
– İlahi! Ola bilməz! – qışqırdı.