Page 347 - heynrix
P. 347
İ ROMAN
hələ bir neçə ümid yerim qalmışdı: Leo, Haynrix Belen, babam, BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Tsonerer. Axırıncı, bəlkə də, məni sentimental bir gitaraçı
eləyəcəkdi, mən də oxuyacaqdım: “Külək saçlarına sığal 347
çəkəndə – bilirəm ki, mənimsən”. Bu mahnını bir dəfə
Mariyaya oxudum, qulaqlarını tutub dedi ki, çox dəhşətlidir.
Ancaq ən dəhşətlisi axırda olacaq: kommunistlərin yanına
gedib bütün tamaşalarımı göstərəcəyəm, onlar da deyəcək ki,
əla antikapitalist səhnəciklərdir.
Əslində, onların yanında bir dəfə olmuşdum, hansısa
mədəni tədbir çərçivəsində Erfurta getmişdim. Məni vağzalda
çox təntənəli qarşıladılar, iri gül dəstələri verdilər. Mehmanxa‐
nada isə alabalıq, soyuducudan yeni çıxmış kürü... Şampan
şərabı da kefin istəyən qədər. Sonra bizdən soruşurdular ki,
Erfurtda ən çox nəyə baxmaq istəyirik. Dedim ki, böyük
məmnuniyyətlə Lüterin dissertasiyasının müzakirə olunduğu
yerə baxardım, Mariya isə dinlə maraqlandığını bildirib dedi
ki, eşitdiyimə görə, burada katolik ilahiyyat fakültəsi var.
Üz‐gözlərini turşutdular, ancaq heç nə eləyə bilmədilər,
sonu da pis qurtardı: həm o mədəni tədbir, həm din xadimləri,
həm də bizim üçün. Din xadimləri, yəqin, fikirləşdilər ki, bizim
bu səfehlərlə nəsə bir yaxınlığımız var, hətta Mariya bir pro‐
fessorla əqidə məsələləri barəsində söhbət edəndə də heç biri
onunla açıq danışmadı. Professor sözarası ona da işarə vurdu
ki, Mariya mənə rəsmi ərə getməyib. Elə partiya rəhbərlərinin
yanındaca dedilər: “Axı siz, doğrudan da, əsl katoliksiniz!”
Mariya utandığından qızarıb dedi: “Bəli, mən günah içində
yaşasam da, katolik kimi qalıram”. Hiss edəndə ki, bizim rəsmi
evli olmamağımız partiya rəhbərlərinin də xoşuna gəlmədi,
vəziyyət lap ağırlaşdı. Qəhvə içmək üçün mehmanxanaya
qayıdanda rəhbərlərdən biri dedi ki, xırda burjua anarxiyasının
bəzi təzahür formalarından xoşu gəlmir. Sonra məndən
Leypsiqdə, Rostokda hansı tamaşaları göstərmək istədiyimi
soruşdular. Yaxşı olar ki, “Kardinal”, “Bonna gəlmə”, “Nəzarət
şurasının iclası” tamaşalarını göstərəm (“Kardinal”ı haradan
bildikləri bizim üçün müəmma qaldı, çünki həmin səhnəciyi –