Page 346 - heynrix
P. 346
HAYNRİX BÖLL

Karl hesablaya bilirdi ki, bu pulla heç vaxt çoxotaqlı mənzilin
kirayəsini vermək mümkün olmayacaq. İndi başa düşdüm ki,
Karl mənim pul istəyə biləcəyim yeganə adamdır və elə həmin
anda da vəziyyətim bütün çılpaqlığı ilə özümə aydın oldu.

Daha bircə qəpiyim də qalmamışdı...

XXII
Onu da bilirdim ki, fikirləşdiklərimin heç birini eləməyə‐
cəyəm. Nə Romaya gedəcəyəm, nə Papa ilə danışacağam, nə
də sabah günortadan sonra anamın verdiyi “jour fixe”də siqar
çırpışdıracağam, cibimi yerfındığı ilə dolduracağam.
Hətta Leo ilə dirəyi kəsdiyimə inanmağa da heyim
qalmamışdı. Bilirdim ki, kəndirləri bir‐birinə calayıb yuxarı
dırmaşmaq cəhdim boşa çıxacaq. Elə günə qalacağam ki,
Kinkeldən, Zommervilddən, hətta o sadist Fredeboyldan da
borc pul istəyəcəyəm. Yəqin ki, Fredeboyl beşmarklığı
gözlərim önündə oynadacaq, lap yuxarı qaldıracaq ki, mən
346 onu tullanıb alım. Monika Zilves məni qəhvə içməyə dəvət
edəndə sevinəcəyəm. Ancaq ona görə yox ki, dəvət edən
Monika Zilvesdir... Həm də ona görə ki, qəhvə havayı olacaq.
O səfeh Bela Brozenə yenə zəng vuracağam, yaltaqlanacağam,
deyəcəyəm ki, bir də məbləğ soruşan deyiləm, nə qədər olsa,
qəbulumdur. Bir gün də Zommervildin yanına gedib, onu
inandırmağa çalışacağam ki, peşman olmuşam, ağlım yerinə
qayıdıb, katolik olmaq üçün yetişmişəm. Sonra da o dəhşətli
an gələcəkdi: Zommervild işi elə quracaqdı ki, mən Mariya ilə,
Tsüpfnerlə barışacaqdım. Əgər katolikliyi qəbul etsəydim, çox
güman ki, atam mənim üçün daha heç nə etməyəcəkdi.
Məlum məsələ idi ki, bu, onun üçün ən dəhşətli xəbər
olacaqdı. Əməlli‐başlı fikirləşməli idim. Mənim seçimim rouge
et noir1 deyildi, əksinə, ya tünd‐qəhvəyi olmalı idi, ya da qara;
ya daş kömür, ya da kilsə! Onlar məndən nə gözləyirdilərsə,
hamısı olacaqdı: əsl kişi, yetkin, subyektiv yox, obyektiv,
“Kişilər ittifaqı”nda kart çırpmağa hazır olan bir adam! Yox,

1 Rouge et noir – qara-qırmızı (fr.)
   341   342   343   344   345   346   347   348   349   350   351