Page 341 - heynrix
P. 341
İ ROMAN

anda da Zabine içəri girib onu acı‐acı süzürdü, çünki yenə də BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
uşağa qalmış olurdu. Mənə elə gəlirdi ki, dünyada uşağa
qaldığı üçün qadının ərinə acı‐acı baxmasından dəhşətli heç 341
nə yoxdur. Axırda ikisi də oturub zıqqıldamağa başlayırdı ki,
neyləsinlər, bir‐birini sevirlər. O biri otaqdan da uşaqların səs‐
küyü eşidilirdi. Ləyəni ləzzətlə diyirlədən kim, yaş döşəmə
əsgisini yenicə kağız çəkilmiş divara şappıldadan kim... Karl da
burada oturub “nizam‐intizamdan”, uşaqların valideynlərə
mütləq tabeçiliyindən dəm vururdu. Belə anlarda durub
qonşu otağa keçməkdən başqa çarəm qalmırdı. Onları sakit‐
ləşdirmək üçün səhnəciklər göstərirdim, ancaq yenə sakit‐
ləşmirdilər, ləzzətdən uğunub gedir, məni yamsılamağa
ça–lışırdılar. Axırda məcbur olub onları qonaq otağına
gətirirdik, hərəmiz birini dizimizin üstündə oturdurduq, hətta
qabağımızdakı şərabdan bir qurtum almağa da icazə verirdik.
Karl ilə Zabine də başlayırdılar “uşağa qalmamağın yolları”
barədə məsləhətlər verən kitablardan, kalendarlardan
danışmağa. Ancaq dalbadal uşaqları olurdu və ağıllarına da
gəlmirdi ki, bizim uşağımız olmadığı üçün belə söhbətlər
xətrimizə dəyə bilər. Karl sərxoş olanda başlayırdı Romaya
söyüşlər ünvanlamağa, kardinalları, Papanı bir‐birinə qatmağa,
ən gülməlisi də bu idi ki, mən Papanı müdafiə edəsi olurdum.
Mariyanın belə şeylərdən daha yaxşı başı çıxırdı, Karlla Zabi‐
neni başa salırdı ki, onlar Romada bu məsələyə başqa cür
yanaşa bilməzlər. Axırda ikisinin də kefi kökəlir, baxışlarından
sanki bu sözlər oxunurdu: aha, deməli, siz nəsə eləyirsiniz ki,
uşağınız olmur. Bütün bu söhbətlər onunla qurtarırdı ki, çox
yorulmuş uşaqlardan biri ya Mariyanın, ya mənim, ya da
onların hansınınsa əlindəki qədəhi dartışdırırdı, şərab Karlın
həmişə qalaq‐qalaq yazı masasının üstünə yığdığı sinif
dəftərlərinin üstünə dağılırdı. Əlbəttə, öz şagirdlərinə həmişə
nizam‐intizamdan, qayda‐qanundan dəm vuran Karl çox pis
vəziyyətə düşürdü: üstünə şərab dağılmış sinif dəftərlərini
uşaqlara necə qaytaracaq?! Uşaqlar döyülür, ağlaşma, şivən
başlayırdı, Zabine üzümə elə baxırdı ki, sanki demək istəyirdi:
“Bu da sizin kişi söhbətiniz!”
   336   337   338   339   340   341   342   343   344   345   346