Page 340 - heynrix
P. 340
HAYNRİX BÖLL

– Gələ bilmərəm... İndi gələ bilmərəm...
– Bəs sonra?
– Gələrəm, – dedi.
Hiss etdim ki, ağlayır və dəstəyi asdı.

XX
Mənə elə gəldi ki, başdan‐ayağa çirkin içindəyəm. Laza‐
rus kimi iy verirəm, ancaq, əslində, tərtəmiz idim, heç bir iy
də yox idi. Mətbəxə keçdim, üstündə lobya olan qazın gözünü
söndürdüm, su olanı da söndürdüm, qonaq otağına keçib
konyak şüşəsini dodaqlarıma yapışdırdım, ancaq köməyi
olmadı. Telefon zəngi məni sanki yuxudan oyatdı. Dəstəyi
götürüb:
– Bəli, – dedim.
Zabine Emondsun səsi gəldi:
– Hans, bu nə işdir görürsən? – Cavab vermədim. – Teleq‐
ram göndərirsən. Əməlli‐başlı oyun çıxarırsan. Doğrudan,
340 vəziyyətin ağırdır?
– Kifayət qədər ağırdır, – yorğun səslə dilləndim.
– Uşaqları gəzməyə çıxarmışdım, Karl da birhəftəliyə dərs
dediyi uşaqlarla düşərgəyə gedib. Gərək uşaqların yanında
qoymağa adam tapaydım ki, gəlib sənə zəng vuram.
Səsindən tələsiklik, həmişəki kimi bir az da əsəbilik duyu‐
lurdu. Özümə yaraşdırıb ondan pul istəmədim. Evlənəndən
sonra Karl dolanmaq üçün qəpiyi qəpiyin üstünə qoymalı
olurdu. Üç uşağı vardı, biz dalaşanda dördüncüsünü gözləyir‐
dilər. Ancaq cəsarət eləyib Zabinedən soruşa bilmədim ki,
uşaq oldu, ya yox. Onların evində həmişə nəsə bir əsəbilik
hökm sürürdü, addımbaşı qeyd dəftərçəsinə rast gəlirdin. Bu
dəftərçələrdə Karl haqq‐hesab aparırdı ki, maaşı ilə ailəni bir
ay necə dolandıra biləcək. Mənimlə tək qalanda isə həddən
artıq “açıq” olurdu, özünün dediyi kimi, “kişi söhbətinə”
başlayırdı, uşaqların necə doğulduğundan danışır, katolik
kilsəsinə iradlar tuturdu (özü də mənim yanımda!) və bu
zaman elə bir an gəlib çıxırdı ki, qudurmuş itə dönürdü. Həmin
   335   336   337   338   339   340   341   342   343   344   345