Page 343 - heynrix
P. 343
İ ROMAN

– Elədir, – dedim. BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
O susdu və mən telefon köşkünü kiminsə yumruqladığını
eşitdim. Yəqin ki, axmağın biri idi, kart yoldaşına demək 343
istəyirdi ki, “ürək üç”lük də gəlsəydi, udardı.
– Gərək onunla rəsmi evlənəydin, – Zabine astadan
dilləndi, – demək istəyirəm ki... Bilirsən də, nə demək istə‐
yirəm...
– Bilirəm, – dedim, – istəyirdim, evlənəm. Sonradan
məlum oldu ki, nikah bürosundan o lənətə gəlmiş arayışı
almaq lazımdır, sonra da yazılı şəkildə iltizam verməliyəm ki,
uşaqları katolik ruhunda tərbiyə edəcəm... Təsəvvür edirsən...
– Elə buna görə çıxıb getdi?
Telefon köşkünün şüşəsi bu dəfə lap bərkdən döyüldü.
– Bilmirəm, – dedim, – ancaq əsas səbəb bu oldu. Başqa
məsələlər də var, heç özüm də baş açmıram... İndi isə dəstəyi
as, yoxsa alman xalqının özündən çıxmış bayırdakı nümayən‐
dəsi səni öldürər. Bu ölkədə heyvərə əlindən tərpənmək
olmur.
– Söz ver ki, gələcəksən! Unutma ki, sənin şorba qazanın
bütün günü qazın üstündə olacaq. – Hiss etdim ki, səsi lap
zəifləyir, axırda isə pıçıltı ilə dedi: – Alçaqlığa bax... Sən bir
alçaqlığa bax...
Ancaq çaşdığından, deyəsən, dəstəyi aparatın üstündəki
çəngələ asmaq əvəzinə, telefon kitabları üçün olan lövhənin
üstünə qoymuşdu. Bayırdakı kişinin səsini eşitdim:
– Axır ki, qurtardın!
Ancaq Zabine, deyəsən, çıxıb getmişdi. Cingiltili, uca səslə
əlimdəki dəstəyə qışqırdım:
– Kömək edin! Kömək edin!
Kişi tez özünü içəri salıb dəstəyi götürdü:
– Sizə necə kömək edə bilərəm?
Onun səsi çox ciddi, kəskin, əsl kişi səsi idi və hiss etdim
ki, turşuya qoyulmuş nəsə yeyib. Ola bilsin ki, konservləş‐
dirilmiş siyənək balığı, ya da buna bənzər nəsə yemişdi.
– Alo, alo?!
   338   339   340   341   342   343   344   345   346   347   348