Page 345 - heynrix
P. 345
İ ROMAN
inana bilmirdi ki, mən bu işi belə yaxşı, lap onun kimi görürəm. BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Karlın bircə çətinliyi var ki, o da puldur. Əgər Karl Emondsun
yeddiotaqlı bir mənzili olsaydı, heç bir əsəbilik, heç bir söz‐ 345
söhbət bu evə yol tapa bilməzdi. Bir dəfə Kinkellə “yaşayış
minimumu” məfhumu haqqında mübahisə etdim. Kinkel bu
məsələlər üzrə “dahi” mütəxəssislərdən hesab olunurdu. Mən
bilən, böyük şəhərlərdə yaşayış minimumunu, ev kirayəsi
nəzərə alınmamaqla, adambaşına əvvəlcə səksən dörd, sonra
da səksən altı marka qaldıran da o olmuşdu. Əlbəttə, qayıdıb
ona demədim ki, bizə danışdığı o iyrənc lətifə ilə hesablasaq,
özünün yaşayış minimumu otuz beş dəfə artıq olar. Ona görə
demədim ki, belə şeylərə “şəxsi intiqam” kimi baxır, mədəniy‐
yətsizlik hesab eləyirlər. Əslində isə, mədəniyyətsizlik
başqalarının yaşayış minimumunu belə bir adamın hesab‐
laması idi. Bu səksən dörd, sonra da səksən altı markda
“mədəni‐kütləvi” xərclər də nəzərə alınırdı. Məsələn, kinoya
getmək, qəzet almaq... Kinkeldən soruşanda ki: “Həmin şəxs
bu pulla yaxşı bir filmə, məsələn, tərbiyəvi filmə baxa
bilərmi?” – əsəbiləşirdi. Soruşanda ki, bəs o “alt paltarlarının
təzələnməsi” nə olan şeydir? Bəlkə, nazirlik yaşlı, mehriban
bir qocanı müvəqqəti işə götürəcək, o da bütün günü Bonnun
küçələrini gəzib alt paltarlarını köhnəldəcək, sonra gedib
nazirliyə deyəcək ki, bir alt paltarının köhnəlməsi üçün nə
qədər vaxt lazımdır? Onda Kinkelin arvadı dedi ki, mən
təhlükəli dərəcədə subyektiv adamam. Arvadının da cavabını
verdim, dedim ki, kommunistlər hər şeyi, məsələn, yemək
vaxtını, cib yaylıqlarının köhnəlməsini, buna bənzər mənasız
işləri planlaşdırmağa başlasaydılar, onları başa düşərdim.
Kommunistlər, ən azı, ikiüzlülük eləyib özlərini “seçmə adam”
saymırlar. Ancaq sizin əriniz kimi xristianların bu cür ağla‐
sığmaz axmaqlıq eləməsinə inana bilmirəm. Qayıdıb dedi ki,
mən təpədən dırnağacan materialistəm, “qurban”, “iztirab”,
“tale”, “kasıblığın böyüklüyü” kimi məfhumları başa düş‐
mürəm. Ancaq mən Karl Emondsda bu “qurbanlığı”, “iztirabı”,
“taleyi”, “kasıblığın böyüklüyünü” heç vaxt hiss eləməmişəm.
O, yaxşı qazanır və həmin “tale” də, “böyüklük” də özünü
onun evində hökm sürən əbədi əsəbilikdə göstərirdi. Çünki