Page 349 - heynrix
P. 349
İ ROMAN

qatara minmək üçün vağzala gələndə nə hambal vardı, nə BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
mehmanxana xidmətçisi. Çamadanlarımızı özümüz sürüməli
olduq. Mənim də ən zəhləm gedən şey elə bu idi. Xoşbəxt‐ 349
likdən, Mariyanın səhər‐səhər tanış olduğu gənc ilahiyyatçı
vağzal meydanında rastımıza çıxdı. Bizi görəndə qızardı, hələ
də ağlayan Mariyanın əlindən qara çamadanı aldı. Mariya da
ağlaya‐ağlaya üzrxahlıq elədi ki, nahaqdan özü üçün çətinliklər
yarada bilər.

Doğrudan da, pis alındı. Cəmi altı, ya yeddicə saat Er‐
furtda qaldıq, ancaq hamı ilə dalaşdıq. Din xadimləri ilə də,
partiya rəhbərləri ilə də...

Bebrada qatardan düşüb mehmanxanada qalanda da
Mariya bütün gecəni ağladı, səhər duran kimi həmin o din
xadiminə uzun‐uzadı bir məktub yazdı, ancaq bilmədik
məktub ünvanına çatdı, ya yox.

Mənə elə gəlirdi ki, nə vaxtsa Mariya ilə, Tsüpfnerlə
barışa bilərəm, ancaq heç vaxt, heç vaxt o rəngi avazımış par‐
tiya rəhbərinin ayağına gedib “Kardinal” səhnəciyini göstər‐
mərəm. Hələ Leo, Haynrix Belen, Monika Zilves, Tsonerer,
babam və bir də Zabine Edmondsgildə bir qazan şorba du‐
rurdu, uşaqlara baxıb bir az da pul qazana bilərdim. Hələ bir
iltizam da yazacağam ki, uşaqlara yumurta verməyəcəm.
Yəqin, heç bir alman anası buna dözə bilməzdi. Başqalarının
“incəsənətin obyektiv vacibliyi” adlandırdığı şeyə bir qoz,
ancaq nəzarət şurası olmayan yerdə nəzarət şurasına lağ
eləməyi alçaqlıq hesab edirəm.

Bir dəfə “General” adlı uzun bir səhnəcik fikirləşmiş, xeyli
müddət üzərində işləyib, sonra da səhnədə göstərmişdim. Bax
bizlərdə buna uğur deyərlər: yəni kimə ləzzət elədisə güldü,
kimə toxundusa – əsəbiləşdi. Çıxışdan sonra qəlbim iftixarla
dolu qrim otağına qayıdanda gördüm ki, balacaboy, yaşlı bir
qadın məni gözləyir. Çıxışdan sonra, adətən, çox əsəbi oluram,
Mariyadan başqa, heç kəsi görmək istəmirəm. Ancaq Mariya,
nədənsə, həmin qadını qrim otağına buraxmışdı. Qapını ar‐
xamca bağlar‐bağlamaz qadın sözə başladı, dedi ki, onun əri
   344   345   346   347   348   349   350   351   352   353   354