Page 352 - heynrix
P. 352
HAYNRİX BÖLL
bu barədə ondan heç vaxt heç nə soruşmadım, ancaq şübhə‐
lənirdim. Onun ev qulluqçusunu xatırlayanda Haynrixin
qızlarla “yaxınlıq eləməsinin səbəbi”ni başa düşürdüm. Bu fikir
ağlıma gələndə iyrənirdim, bununla belə, internatdakı o iyrənc
şeyləri xatırlayanda Haynrix Beleni də anlayırdım...
İndi yadıma gəldi ki, əqidə böhranı keçirəndə təsəlli kimi,
Papa Yohannı və Tsüpfneri ona özüm nişan vermişəm. Mən
katolisizmə qarşı çox ədalətli idim və səhvim də elə burada
olub, ancaq mənim nəzərimdə Mariya o qədər ürəkdən katolik
olub ki, ondakı bu təbiiliyi qoruyub saxlamağa çalışmışam.
Yatıb qalanda oyatmışam ki, kilsəyə gecikməsin. Çox vaxt da
taksi sifariş vermişəm ki, vaxtında çatsın. Yevangelistlərin daha
çox yaşadığı şəhərlərdə qalanda ora‐bura zəng vurub
katoliklərin harada ibadət etdiyini öyrənmişəm ki, gedə bilsin.
Həmişə də deyib ki, buna görə mənə “xüsusi” məhəbbət
bəsləyir, sonra da mənə o lənətə gəlmiş yazılı iltizama qol
çəkdirmək istəyirdi ki, uşaqların katolik ruhda tərbiyə olun‐
352 masına maneçilik törətməyəcəyəm. Uşaq barədə tez‐tez
danışardıq. Uşaqlarımız olacağına çox sevinirdim, xəyalən on‐
larla söhbət edirdim, qucağımda gəzdirirdim, südə çiy yu‐
murta qatıb verirdim. Ancaq bircə məsələ məni çox narahat
edirdi ki, biz həmişə mehmanxanalarda qalmalıydıq, orada da
yalnız milyonçuların, varlıların uşaqlarına yaxşı baxırdılar. Mil‐
yonçu olmayanların uşaqlarına, xüsusən də oğlanlarına nə
vaxtsa böyürə‐böyürə deyəcəkdilər: “Bura sənin evin deyil!”
Belə deməklərinin də üç əsas səbəbi var: guya uşaq öz evində
özünü donuz kimi aparır, uşaq yalnız özünü donuz kimi
aparanda rahat olur və bir də uşaq özünü heç vaxt sərbəst hiss
eləməməlidir. Qızların bu sahədə bəxti gətirib: “Nə şirin‐şəkər
baladır”, – deyib onları əzizləyirlər, ancaq valideynləri yanında
olmayan oğlan uşaqlarına ağızlarına gələni deyirlər. Hər bir
alman üçün oğlan tərbiyəsiz uşaqdır, heç vaxt dilə gətiril‐
məyən “tərbiyəsiz” sifəti, sadəcə olaraq, isimlə qarışıb, yəni
“oğlan” deyən kimi bilinir ki, “tərbiyəsizdir”. Əgər kimsə bir
çox valideynin öz uşaqları ilə danışarkən hansı sözlərdən