Page 357 - heynrix
P. 357
İ ROMAN

sunuz. Detektiv romanların üz qabığı zövqlə bəzədilmiş otaq‐ BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
lara yaraşmır. Danimarkalıların yadından çıxıb öz üslublarını
detektiv romanların üz qabığına həkk eləməyiblər. Finlan‐ 357
diyalılar bic tərpənəcəklər, həmin kitabların üz qabıqlarını
stullara, kreslolara, qədəhlərə, qazanlara yaraşdıracaqlar.
Blothertin evində də detektiv romanlar çoxdur, biz həmin
axşam onlara gedəndə heç əməlli‐başlı gizlətməmişdilər,
adam baxanda utanırdı.

Mərhəmətli xanım, həmişə qaranlıq yerlərdə, kinolarda,
kilsələrdə olacaqsınız, günəş işıqlı tennis meydançalarından
qorxaraq qaranlıq mənzillərinizdə kilsə musiqisinə qulaq
asacaqsınız. Həmişə söz‐söhbət, kafedral kilsələrdə otuz
dəqiqə, qırx dəqiqə çəkən tövbələr... Öz növbəsini gözlə‐
yənlərin baxışlarındakı gizli narazılıq... İlahi, görəsən, nə olub
ki, bu qədər tövbə eləyir? Belə gözəl, nəcib, özünəyaraşan əri
var, özü də tərbiyəli adamdır. Balaca qəşəng qızı, iki maşını...
Dəmir arakəsmənin arxasındakı narahatlıq çoxalır, məhəbbət,
nikah, borc, sonra yenə məhəbbət haqqında pıçıltılar eşidilir,
axırda o sual səslənir:

– Əqidəniz möhkəm olmalıdır... Sizə nə olub, qızım?
Danışa bilmirsən, heç o haqda da fikirləşə bilmirsən.
Yalnız mən bilirəm, sənə nə olub. Sənin təlxəyin çatmır. Onun
rəsmi adı komik aktyordur, heç bir kilsənin də üzvü deyil...

***
Eyvandan vanna otağına keçdim ki, qrimlənim. Atamın
qabağına qrimsiz çıxmaqda, üzbəüz qrimsiz oturmaqda səhv
elədim. Neyləyim, ağlıma gətirməzdim ki, durub gələcək. Leo
həmişə çalışardı ki, nə fikirləşdiyimi duysun, həqiqi sifətimi,
daxilimi görsün. Hamısını bilməli idi, çünki qrimli olmayanda
mənim “maskalanmağımdan”, “oyunlarımdan”, özünün dediyi
kimi “qeyri‐ciddi əməllərimdən” qorxurdu. Qrim çamadanım
hələ Boxumla Bonn arasında yol gəlirdi. Vanna otağındakı
balaca ağ dolabı açanda artıq gec idi... Gərək əvvəlcədən fikir‐
ləşəydim ki, oradakı şeylər də dəhşətli dərəcədə sentimen‐
   352   353   354   355   356   357   358   359   360   361   362