Page 358 - heynrix
P. 358
HAYNRİX BÖLL

tallaşa bilər. Həmişə burada Mariyanın şüşəcikləri, digər
hamam ləvazimatları olurdu. Ancaq indi heç biri yox idi və bu
“yoxluq” məni daha da yandırdı. Kaş ondan nəsə qalmış
olaydı. Hamısını aparmışdı. Bəlkə də, Monika Zilvesin mənə
yazığı gəlib hamısını yığışdırmışdı. Güzgüdə özümə baxdım:
gözlərimdə heç bir ifadə yox idi. Güzgünün qabağında yarım
saat dayanıb özümə tamaşa edəndə, sifətimin əzələlərini
ovuşdurub yumşaldanda ilk dəfə o gözlərə ifadəsizlik vermək
lazım gəlmədi. Sifətim intihar etməyə hazırlaşan adamın sifəti
kimi idi, onu qrimləməyə başlayanda ölü sifətinə bənzədi.
Əvvəlcə vazelin çəkdim, yarısı qurumuş ağ qrim tübikini
sındırdım, sıxaraq içində qalanın hamısını çıxardım, sifətimi
dümağ ağartdım. Zərrə qədər də qara, qırmızı yer qalmadı,
hətta qaşlarımı da ağartmışdım. Bu ağlığın fonunda saçlarım
parik kimi görünürdü, ağzım isə qaralıb, göy rəngə çalırdı, açıq‐
mavi rəngli gözlərim donmuş səmaya bənzəyirdi, imanını çox‐
dan itirdiyinə inanmaq istəməyən kardinalınkı kimi ifadəsiz idi.
358 Ancaq bu dəfə özümdən qorxmadım. Bu sifətlə şöhrət‐
lənərdim, hətta nə qədər ümidsiz, səfeh görünsə də, “ikiüz‐
lülük” oyununa da başlaya bilərdim. Elə bir oyun ki, yalnız
Edqar Vineken ona inanmazdı. Düzdür, bu oyun o qədər də
“ləzzətli” alınmayacaqdı, ancaq neyləmək olar, öz “dadsızlığı”
ilə saxtalar içində ən “vicdanlısı”, xırda‐para günahlar arasında
ən xırdası idi. Deməli, qaraya, tünd‐qəhvəyiyə, maviyə alter‐
nativ olan bir rəng də vardı, ancaq ona qırmızı demək evfe‐
mizm olar, çox nikbin çıxardı. Elə isə boz demək olardı – üstünə
səhər günəşinin şehli qızartısı çökmüş boz! Kədərli “oyun”a
yaraşan kədərli rəng! Bəlkə də, bu kədərli oyunda sənətkar
üçün heç vaxt bağışlanmaz bir səhvə yol vermiş, kimdəsə
özünə mərhəmət hissi oyatmaq istəmiş təlxəyə yer tapılardı.
Ancaq ən pisi o idi ki, Edqarı aldada bilməzdim, onunla “ikiüz‐
lülük” oyunu oynamağı bacarmazdım. Onun yüz metri 10,1
saniyəyə qaçdığının yeganə şahidi mən idim, Edqar da cəmi
iki‐üç adamdan biri idi ki, məni olduğum kimi qəbul edirdi. O,
bəzi adamlardan başqa heç kimə inanmırdı, halbuki başqaları
insanlardan başqa hər şeyə inanırdılar: məsələn, Allaha,
   353   354   355   356   357   358   359   360   361   362   363