Page 355 - heynrix
P. 355
İ ROMAN

pulu görə bilmədim. Bina çox hündür idi, bir də yalnız nağıl‐ BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
larda pullar elə parıldayır ki, tapa bilirsən. Birinci dəfə idi ki,
pulun, pulla bağlı olan şeylərin peşmançılığını çəkirdim; bayaq 355
tulladığım bir marka on iki dənə siqaret, yaxud üstündə so‐
siska olan bir parça çörək ala bilərdim, ya da iki dəfə tramvaya
minərdim. Peşman olmasam da, bir az təəssüf hissi ilə Aşağı
Saksoniyadan olan nənələrin biletlərini birincidərəcəli vaqona
dəyişmək, ya da sürət qatarında getmək üçün əlavə kimi
verdiyimiz pulları xatırladım. Bu, elə bir təəssüf hissi idi ki,
sanki hansı qızısa öpüşlərə qərq edirsən, o da axırda başqasına
ərə gedir. Leoya çox bel bağlamaq olmazdı, çünki pul haqqında
onun qəribə təsəvvürləri var, təxminən rahiblərin “ər‐arvad
məhəbbəti” haqqındakı təsəvvürlərinə bənzəyir.

Hər tərəf işıqlı olsa da, küçədə heç nə parıldamırdı,
nağıllarda olan “ulduzlu taler” görünmürdü. Yalnız avtomo‐
billər, tramvaylar, avtobuslar, bir də Bonnun camaatı... Deyə‐
sən, pul elə tramvayın damında qaldı, depoda kimsə onu
tapacaq.

Əlbəttə, gedib yevangelist kilsənin ağuşuna sığına
bilərdim. Ancaq “ağuşa sığınmaq” barədə düşünəndə üşənir‐
dim. Lüterin ağuşuna sığınardım, “yevangelist kilsənin
ağuşuna” isə heç vaxt! Əgər ikiüzlülüyə başlayırdımsa, gərək
bunu əməlli‐başlı edəydim, elədiklərimdən əməlli‐başlı həzz
alaydım. Məsələn, mənə ləzzət eləyərdi ki, “katolik rolunu oy‐
nayam”, özümü yarım il birtəhər saxlayam, Zommervildin
moizələrinə qulaq asmağa gedəm. Onda “katalonlar” yaraya
düşmüş qurdlar kimi “yan‐yörəmdə” civildəşməyə başla‐
yacaqlar. Ancaq bununla nə vaxtsa “Kömür şirkəti”nin filial‐
larından birində haqq‐hesab çeklərinə qol çəkmək imkanımı
birdəfəlik itirəcəyəm. Bəlkə də, anam özünün işlədiyi Mərkəzi
Komitədə mənə bir yer eləyəcək, mən də oturub “İrqi
nəzəriyyə” ilə məşğul olacağam. Amerikaya gedəcəyəm,
oradakı qadın klublarında canlı şahid kimi alman gəncliyinin
keçirdiyi peşmançılıq hisləri barədə mühazirələr oxuyacağam.
Ancaq bircə məsələ vardı ki, mən özüm peşman olası heç bir
   350   351   352   353   354   355   356   357   358   359   360