Page 354 - heynrix
P. 354
HAYNRİX BÖLL
ağzından sıyıq, süd düşməyən gonbul uşaqları xoşlamırdıq;
istəmirdim ki, mənim uşaqlarımı zorla yedirtsinlər. Zabine
Emondsun ilk iki uşağının, ən çox da böyüyünün – Karl ona
qəribə ad qoymuşdu: Edeltrud! – yeməyi ağızlarına necə
dürtüşdürdüyünə baxanda iyrənirdim. Hətta o lənətə gəlmiş
yumurta məsələsi barədə də Mariya ilə mübahisəmiz
olmuşdu. Mübahisə zamanı qəflətən dedi ki, yumurta varlı
adamların yeməyidir, sonra da qızardı, ona təsəlli verəsi
oldum. Artıq buna öyrəşmişdim; hamı mənə başqa cür baxır,
mənimlə başqa cür rəftar edirdi, çünki kömür mədənlərinin
sahibi olan Şnirlərdən sayılırdım. Mariya bu məsələdə iki dəfə
səhvə yol verdi: birinci dəfə elə ilk gün onun yanına mətbəxə
düşəndə, bir də indi yumurta barədə danışanda. Valideynlərin
varlı olması çox pis şey imiş! Xüsusən də həmin vardan sənə
pay düşməyəndə! Bizim evdə yumurta nadir hallarda
yeyilərdi, çünki anam onu “son dərəcə ziyanlı” hesab edirdi.
Edqar Vineken isə əksinə, kasıb ailədən olduğuna görə əzab
354 çəkirdi. Hər yerdə “fəhlə uşağı” kimi təqdim olunurdu. Hətta
elə keşişlər vardı ki, onu başqa cür təqdim edirdilər: “Əsl fəhlə
uşağıdır!” Sanki bu sözlərlə demək istəyirdilər: “Görürsünüz‐
mü, heç buynuzu da yoxdur, lap ziyalı kimi görünür!” Əslində,
bu, irqi məsələdir, anamın Mərkəzi Komitəsi bununla məşğul
olmalıdır. Bu məsələdə yalnız Vinekenlərlə Mariyanın atası,
necə deyərlər, xətrimə dəymirdilər. Onların heç biri “kömür
mədənləri sahibi Şnirlər”dən olduğumu üzümə vurmur, nə də
bunu çələng eləyib başıma taxmırdı.
XXIII
Bir də onda ayıldım ki, hələ eyvanda dayanıb Bonna
baxıram. Məhəccərdən bərk‐bərk yapışmışdım, dizim bərk
ağrıyırdı, bayaq tulladığım birmarklıq da mənə təzə dərd
olmuşdu. Böyük məmnuniyyətlə gedib onu götürərdim, ancaq
indi evdən çıxa bilməzdim, Leo hər an gələ bilərdi. Axı nə
vaxtsa gavalılarını, qaymaqlarını yeyib qurtarmalı, sonra da
süfrə duası verib durmalı idilər. Nə qədər diqqətlə baxsam da,