Page 356 - heynrix
P. 356
HAYNRİX BÖLL
iş görməmişdim və deməli, yalandan peşmançılıq hissi
keçirməli olacaqdım. Əlbəttə, onlara tennis meydançasında
bir ovuc torpağı Herbert Kalikin üzünə necə atdığımı,
“arakəsməyə” necə salındığımı, Kalikdən, Brüldən, Lövenix‐
dən ibarət “məhkəmə heyəti”nin qarşısında necə dayandığımı
danışa bilərdim. Ancaq bunları danışmağımın özü ikiüzlülük
olacaq. Mən həmin anları olduğu kimi təsvir edə bilməzdim,
orden kimi boynumdan, döşümdən asmağı bacarmazdım. Axı
hamı öz həyatının qəhrəmanlıq anlarının ordenini boynunda,
döşündə gəzdirir. Keçmişin quyruğundan yapışıb qalmağın özü
də elə ikiüzlülükdür, çünki heç kəs həmin anın nə vaxt
olduğunu bilmir. Henriette də mavi yaylığını başına örtərək
Leverkuzen yaxınlığında müqəddəs alman torpağını yəhudi
yankilərindən qorumaq üçün tramvaya minib gedəndə bunu
bilmirdi...
Yox, mənə ləzzət verəcək ən yaxşı ikiüzlülük “katolik kartı
ilə oynamaq” olardı. Burada bütün kartlar uduşlu olur.
356 Universitetin damları üzərindən saray bağındakı ağaclara
nəzər saldım. Mariya həmin bağın arxasında, Bonnla Qodes‐
berqin arasında yaşayacaqdı. Çox gözəl! Onun yaxınlığında
olmaq lap yaxşı idi. Mənim həmişə səfərlərdə olduğumu
fikirləşə bilməzdi. Deməli, gözünün altına almalı idi ki,
mənimlə rastlaşa bilər, əxlaqsız, xəyanətkar olduğunu başa
düşər, qıpqırmızı qızarar. Ya gödəkcə, ya palto, ya da xəz palto
geyindirilmiş uşaqları ilə qarşıma çıxanda qəflətən uşaqlar ona
çılpaq görünəcək!
Mərhəmətli xanım, şəhərdə söz gəzir ki, uşaqlarınız
çılpaq gəzir. Yox, lap ağ eləyirsiniz! Həlledici anda bircə sözü
səhv salmısınız, mərhəmətli xanım! Gərək “birini” yox, “ərimi
sevirəm” deyəydiniz. Şəhərdə yenə söz gəzir ki, burada
hamının bir‐birinə bəslədiyi, hamının “Qoca” adlandırdığı o
gizli “nifrət hissi”nə gülübsünüz. Sizə elə gəlir ki, hamı adamı
çaşdıracaq dərəcədə həmin “Qoca”ya oxşayır. Nəhayət, siz də
onun kimi elə hesab edirsiniz ki, hamınız əvəzolunmaz
adamlarsınız. Ancaq hamınız da detektiv romanlar oxuyur‐