Page 353 - heynrix
P. 353
İKİ ROMAN

istifadə etdiyini müəyyənləşdirmək istəsə, deyəcək ki, onlarla BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
müqayisədə “Bild”1 qəzetində işlənən sözlər Qrimm qardaş‐
larının nağıllarındakı şirin sözlərə bənzəyir. Çox çəkməyəcək 353
ki, alman valideynləri öz uşaqları ilə Kaliklərin dilində danı‐
şacaq: “Ah, necə də gözəldir”, “Ah, necə də iyrəncdir!” Hərdən
də öz iradlarını lap aydın şəkildə bildirəcəklər: “Heç bir etiraz
ola bilməz!”, “Sənin belə şeylərdən başın çıxmaz!” Hətta
Mariya ilə gələcəkdə uşaqlarımızı necə geyindirəcəyimiz
barədə də danışırdıq. Onun “açıqrəngli, son dəbdə tikilmiş
gödəkcə”dən xoşu gəlirdi, mənsə idman gödəkcəsinə üstünlük
verirdim, çünki bilirdim ki, uşaq açıqrəngli, dəblə tikilmiş
gödəkcədə heç vaxt gölməçədə oynaya bilməz. İdman gödək‐
cəsi isə gölməçədə oynamaq üçün çox rahat idi. Özü də mən,
ilk öncə, qızlar barədə düşünürdüm: isti geyindirəsən, paltarı
çox da uzun olmaya. Axı gölməçəyə daş atanda sıçrayan su
damcıları paltoya çatmayacaq, ayaqlarını batıracaq. Əgər
əlindəki konserv qabı ilə gölməçədən su götürsə, qabı da bir
az əyri tutsa, çirkli su, bəlkə də, heç paltoya çatmadı, elə
ayaqlarına töküldü. Mariya isə deyirdi ki, açıqrəngli paltar onu
həmişə ehtiyatlı olmağa məcbur edəcək. Ancaq uşaqlara
gölməçədə oynamağa icazə verib‐verməyəcəyimizi aydınlaş‐
dıra bilmirdik. Mariya həmişə cavabdan qaçaraq gülümsəyir
və deyirdi: “Hələ baxarıq!”

Ancaq Tsüpfnerlə uşaqları olsa, onlara nə gödəkcə, nə də
açıqrəngli paltar geyindirə biləcək. Uşaqlar gödəkcəsiz, palto‐
suz gəzəcək, çünki biz Mariya ilə bütün palto növlərini geninə‐
boluna müzakirə etmişdik. Hətta uzun, yaxud gödək alt
paltarları, corabları, ayaqqabıları da. Əgər özünü fahişə, yaxud
xəyanətkar kimi hiss etmək istəmirsə, gərək onda uşaqlarını
çılpaq gəzdirə. Bilmirəm, hələ uşaqlarına nə yedizdirəcək.
Uşaq üçün olan bütün qida məhsulları, onları yedirtmək yolları
barədə də uzun‐uzadı danışmışdıq. İkimiz də bütün günü

1 “Bild” – Almaniyada çıxan bulvar qəzeti
   348   349   350   351   352   353   354   355   356   357   358