Page 350 - heynrix
P. 350
HAYNRİX BÖLL
də general imiş, həlak olub, ancaq ölməmişdən əvvəl ona
məktub yazıb xahiş edib ki, təqaüd istəməsin. Sonra da əlavə
elədi:
– Siz hələ çox cavansınız! Ancaq bəzi şeyləri başa düşmək
üçün kifayət qədər yaşınız var.
Bu sözləri deyən kimi də çıxıb getdi. Həmin gündən “Ge‐
neral” səhnəciyini göstərə bilmədim. Özünü “solçu” hesab
eləyən mətbuat yazdı ki, ola bilsin, irticadan çəkinirəm, “sağçı”
adlandıran mətbuat da başladı ki, guya bununla Şərqin
qazanına su tökdüyümü başa düşmüşəm. Müstəqil mətbuat
yazdı ki, mən artıq radikallıqdan əl çəkmişəm, sənətkarlıq bor‐
cumu unutmuşam. Ancaq hamısı başdan‐ayağa mənasız
sözlər idi. Səhnəciyi ona görə göstərmirdim ki, hamının gülüb
ələ saldığı, ehtiyac içərisində dolanan həmin o balacaboy, yaşlı
qadın yadıma düşürdü. Ləzzət almadığım bir işi heç vaxt
görmürəm. Bunu hər hansı jurnalistə başa salmaq da çətin
olardı. Çünki onlar nəyisə həmişə özləri iyləyib “tapmalı”,
350 “duymalı” idilər. Jurnalistlərin çoxu “o, sənətkar deyil və heç
vaxt da sənət adamı ola bilməyəcək” sözlərinə inanmır, ona
görə də “iyləyib tapmaq”, “iyi duymaq” qabiliyyətləri də itib
gedir, başlayırlar başları çıxmayan şeylərdən danışmağa.
Xüsusilə də, gənc, qəşəng qızların yanında. Bu sadəlövh qızlar
da onları göylərə qaldırırlar: filan “təsirli” qəzetdə öz
“tribunası var!” Fahişəliyin heç kəsə məlum olmayan elə
qəribə formaları var ki, adi fahişəlik onun yanında heç nədir.
Adi fahişəlikdə verdiyin pulun əvəzinə, heç olmasa, nəsə
alırsan...
Əslində, mən “pullu məhəbbət”in bu mərhəmətindən də
istifadə edə bilməzdim, çünki pulum yox idi. Ancaq Mariya indi
Roma mehmanxanasındakı otağında güzgünün qabağında
dayanıb özünün ispan mantiyasını yoxlayır: axı alman katoli‐
sizminin “first lady”sini layiqincə təmsil etməli idi. Bonna
qayıdandan sonra “çay süfrələri”nə dəvət olunacaq, gülümsə‐
yəcək, komitələrə üzv yazılacaq, “Dini sənət əsərləri” sərgilə‐
rini açacaq, “özünə yaraşan” bir dərzi axtarmağa başlayacaq.