Page 348 - heynrix
P. 348
HAYNRİX BÖLL
şəhidlər kimi qırmızı geyinən kardinalları – özüm tək hazırla‐
mışdım, yalnız Mariyaya göstərmişdim, səhnəyə çıxarma‐
mışdım). Dedim ki, yox, bunlar olmaz, əvvəlcə buradakı həyat
şəraiti ilə bir balaca tanış olmalıyam, çünki komikliyin mənası
insanlara başqalarının deyil, məhz öz həyatlarında baş verən
hadisələri bədii formada özlərinə çatdırmaqdadır. Sizin ölkədə
nə Bonn var, nə nəzarət şurası, nə də kardinallar. Narahat
oldular, hətta birinin rəngi qaçdı, dedi ki, məni başqa cür
təsəvvür edirmişlər. Çox pis vəziyyət alınmışdı. Dedim ki, elə
özüm də buranı başqa cür təsəvvür edirdim. Eybi yox,
buradakı vəziyyətlə bir az tanış olaram, məsələn, “Vilayət
komitəsinin iclası”, “Mədəniyyət şöbəsinin yığıncağı”, “Partiya
qurultayı öz rəyasət heyətini seçir”, ya da “Gül‐çiçək şəhəri Er‐
furt” kimi tamaşalar hazırlayıb göstərərəm. Onda da Erfurt
vağzalının ətrafında gül‐çiçəkdən başqa hər nə desən vardı.
Həmin anda tədbirin təşkilatçısı ayağa durub dedi ki, onlar
fəhlə sinfinə qarşı aparılan təbliğata yol verə bilməzlər. Artıq
348 ona “rəngi qaçmışdı” demək olmazdı, əməlli‐başlı avazımışdı.
Ancaq bir neçəsi də özlərində cəsarət tapıb irişdi. Dedim ki,
mən çox da kəskin olmayan “Partiya qurultayı öz rəyasət
heyətini seçir” kimi tamaşada fəhlə sinfinə qarşı heç bir
təbliğat görmürəm, ancaq elə həmin anda axmaq bir səhvə
yol verdim, “Partiya qurultayı” əvəzinə, “Bardiya qurultayı”
dedim və onda rəngi avazımış fanatik rəhbər özündən çıxdı,
əlini masaya elə çırpdı ki, qoğalın üstünə yaxmaq istədiyim
sıyıq qaymaq əlimdən boşqaba düşdü.
– Sizi bura dəvət etməkdə yanılmışıq! Çox yanılmışıq!
Dedim ki, elə isə qayıdıb gedə bilərəm.
– Bəli, gedərsiniz... Özü də, xahiş edirəm, növbəti qatarla.
Dedim, burada elə bir çətin şey yoxdur, sadəcə olaraq,
“Nəzarət şurasının iclası” əvəzinə “Vilayət komitəsinin iclası”
deyərəm. Yəqin ki, burada da əvvəlcədən həll olunmuş
qərarlar çıxarılır. Onda lap nəzakətsizlik elədilər, durub balaca
zaldan çıxdılar, içdiyimiz qəhvələrin pulunu da vermədilər.
Mariya ağladı. Az qalmışdı, onlardan birini vuram. Növbəti