Page 344 - heynrix
P. 344
HAYNRİX BÖLL
– Siz almansınız? – soruşdum. – Çünki mən yalnız və
yalnız almanla danışıram.
– Bunu çox yaxşı eləyirsiniz, – dedi. – Axı sizə nə olub?
– XDİ üçün narahatam, – dedim. – Siz də ürəkdən XDİ‐yə
səs verəcəksiniz?
– Özgə kimə səs verməliyəm ki?! – Deyəsən, incidi.
– Elə isə mənə heç nə olmayıb, – deyib dəstəyi asdım.
XXI
Gərək o heyvərəni əməlli‐başlı təhqir edəydim. Soru‐
şaydım ki, heç arvadını zorlayıb, ya yox? Kartda “xaç iki”liklə
oyunu udub, ya yox? İşdə öz həmkarları ilə iki saat müharibə
haqqında danışmaq borcunu yerinə yetirib, ya yox? Ancaq səsi
ər kişi, əsl alman səsi kimi çıxırdı. “Axır ki, qurtardın!” sözləri
“Bəsdir, qurtar!” kimi səsləndi. Ancaq Zabine Emondsun səsi
mənim üçün təsəlli oldu. Düzdür, bir az əsəbi, bir az da tələsik
idi, ancaq bildim ki, Mariyanın hərəkətini, doğrudan da,
alçaqlıq hesab eləyir, şorba qazanı da qazın üstündə mənim
344 üçün həmişə hazır dayanıb. Zabine yaxşı xörək bişirirdi, hamilə
olmayanda, bizim “kişi söhbəti”mizə şübhəli‐şübhəli baxanda
çox şən görünürdü. Onun “katolik”liyi Karlın “katolik”liyindən
seçildiyi üçün xoşuma gəlirdi. Karlın “seksual məsələlər”
barəsindəki seminariya təsəvvürləri hələ də qalırdı. Zabinenin
məzəmmət dolu baxışları onun bütün varlığını ifadə edirdi və
Karla – onu bu vəziyyətə salan adama dikiləndə elə tündləşirdi
ki, deyərdin, indicə tufan qopacaq. Çox vaxt çalışırdım ki, onun
fikrini dağıdam, səhnəciklərimdən bir neçəsini göstərir, o da
gülməyə başlayırdı. Özü də çox gülürdü, ürəkdən gülürdü. O
qədər gülürdü ki, gözləri yaşarırdı. Çox vaxt göz yaşı kəsilmirdi.
Axırda göz yaşlarında gülüşdən əsər‐əlamət qalmırdı... Mariya
onu çölə çıxarıb təsəlli verirdi. Həmin anda Karl günahkar kimi
kədər içində otururdu, sonra nə edəcəyini bilməyərək
dəftərləri yoxlamağa başlayırdı. Bəzən ona kömək edir,
səhvlərin altından qırmızı qələmlə xətt çəkirdim, ancaq mənə
inanmırdı, hamısını təzədən bir də yoxlayırdı. Həmişə də
əsəbiləşirdi, çünki gözümdən bir səhv də yayınmırdı. Heç cür