Page 339 - heynrix
P. 339
İ ROMAN

döndərmək istəyirdik. Gərək onda həmin xoşbəxtliyin özü ilə BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
kifayətlənəydik ki, doğrudan da, 10,1 saniyəyə qaçıb. Sonralar
həmişəki kimi 10,9, 11,0 saniyəyə qaçdı, heç kəs də bizə 339
inanmadı, hamı bizi ələ saldı... Elə anların özü haqqında
danışmaq səhvdir, onları geri qaytarmağa çalışmaq isə özünə
qəsd deməkdir. İndi də telefonda Monikanın çaldığı mazurkaya
qulaq asanda özümə, bir növ, qəsd etmiş oldum. Adət halını
alan anlar da olur və onlar yalnız özlərində təkrarlana bilir.
Məsələn, Vinekenin çörəyi kəsməsi... Bir dəfə həmin anı
Mariya ilə təkrar eləmək istədik. Ondan xahiş etdim ki, çörəyi
Vineken kimi doğrasın. Ancaq onda nə mehmanxana otağı adi
fəhlə mənzili idi, nə də Mariya Vineken... Bıçaq əlindən
sürüşüb sol biləyinə batdı və biz üç həftə özümüzə gələ
bilmədik. Bəzən sentimentallığın axırı çox pis olur. Gərək o an‐
lara toxunmayasan, heç vaxt geri qaytarmaq istəməyəsən.

Monika mazurkanı çalıb qurtaranda elə pis vəziyyətdə
idim ki, heç ağlaya da bilmirdim. Deyəsən, o da bunu hiss
etmişdi. Dəstəyi götürüb astadan dedi:

– Gördünüz, mən deyən oldu...
– Öz səhvim idi, – dedim, – sizin günahınız deyil. Bağış‐
layın...
Birdən mənə elə gəldi ki, sərxoş halda üfunət iyi verən
çirkaba yıxılmışam, özümü qusub batırmışam, ağzımdan
iyrənc söyüşlər çıxır, üstəlik, adam çağırtdırıb bu halda şəklimi
çəkdirmişəm, həmin şəkli də Monikaya göndərmişəm.
– Olar, sizə yenə zəng vurum? – yavaşdan soruşdum. –
Bir neçə gündən sonra. Bu cür yaramazlığın bircə izahı var: elə
iyrənc vəziyyətə düşmüşəm ki, təsvir eləyə bilmirəm.
Bircə anlığa onun necə nəfəs aldığından başqa heç nə
eşidə bilmədim. Sonra səsi gəldi:
– Mən çıxıb gedirəm... On dörd günlüyə...
– Hara?
– İbadətlə məşğul olacam. Bir az da şəkil çəkəcəm.
– Bəs nə vaxt gəlib mənə göbələkli omlet bişirəcəksiniz,
o gözəl salatlardan düzəldəcəksiniz?
   334   335   336   337   338   339   340   341   342   343   344