Page 336 - heynrix
P. 336
HAYNRİX BÖLL

soyuducudan tapır. “Kinoya getdim. Saat onda qayıdacağam”.
Tsüpfner də məktubu qonaq otağındakı televizorun üstünə
qoyub. “Təcili K.‐gilə getməli oldum. Öpüşlər. Heribert”. Bəli,
mətbəx masasının əvəzinə soyuducu, öpürəm əvəzinə
“öpüşlər”... Mətbəxdə isidilmiş çörəyin üstünə yağı qalın
çəkəndə, fincana iki qaşıq əvəzinə üç qaşıq qəhvə tökəndə
qəflətən hiss edirsən ki, “kökəlməmək üçün pəhriz saxlamaq”
mənasız şey imiş və o vaxt ikinci dəfə əlini qoğala uzadanda
Blothertin xırçıltıya bənzəyən bir səslə dediyi sözləri
xatırlayırsan: “İkisinin kalorisi min beş yüzdən çox eləyir.
Neylədiyinizi bilirsiniz?” Sonra da sənin qaşığına dikilən o
qəssab baxışları. O baxışlar ki, dilin demədiyini deyir: “Yox,
bilmirsən!”, “Ah, müqəddəs ka... ka... du... yox...nsler,
yox...talon!”, “Bəli, bəli, kökəlməyə başlayırsan!” Pıçapıçın
ölüsü olan şəhərə pıçapıç düşür. Axı bu narahatlıq, qaranlıqda
tək qalmaq arzusu, kinolar, kilsələr, indi də qonaq otağında bir
əlində şokolad, bir əlində qızardılmış çörək dayanmaq nəyinə
336 lazım idi?! Rəqs zamanı böyürdən çıxaraq: “Mərhəmətli
xanım, fikirləşmədən deyin ki, ən çox nəyi sevirsiniz? Tez olun”,
– sualını verən qoçağa nə cavab verdin? Yəqin ki, həqiqəti
demiş olarsan: “Uşaqları, tövbəni, kinonu, qreqorian xoralını1,
təlxəkləri”. “Bəs kişiləri sevmirsiniz, mərhəmətli xanım?” “Niyə
ki? Birini sevirəm...” – demiş olarsan. “Belələrinə oxşamır...
Çoxunun ağlı yoxdur”. “Dediklərinizi çap etdirə bilərəmmi?”
“Xeyr, xeyr, Allah xatirinə, lazım deyil!” Əgər “birini” deyir‐
sənsə, niyə mənim adımı demirsən? Əgər birini sevdiyini
deyirsənsə, deməli, mənim adımı çəkməlisən, ən çox sevdiyin
kişini... Ah, deməli, unudulmuşam, keçmişə dönmüşəm...

Qulluqçu qız evə qayıdır. Qapıya açar salınır, açılır. Qapıya
açar salınır, bağlanır. Dəhlizdə işıq yandırılır, söndürülür.

İndi də mətbəxin işığı yandırılır, soyuducunun qapağı
açılıb‐örtülür, mətbəxin işığı söndürülür. Qapı yavaşdan
döyülür: “Gecəniz xeyrə qalsın, xanım!” “Gecəniz xeyrə qalsın.

1 Xoral – Katolik kilsəsində oxunan təksəsli, sərbəst ritmli dini nəğmədir. Papa
I Qreqorun (510–604) adı ilə adlanır.
   331   332   333   334   335   336   337   338   339   340   341