Page 337 - heynrix
P. 337
İ ROMAN
Mariya sizi çox incitmədi ki?” “Xeyr, xeyr!” Dəhlizin işığı sönür, BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
kimsə pilləkənlə yuxarı qalxır (deməli, qaranlıq otaqda tək‐
tənha oturub kilsə musiqisinə qulaq asırmış). 337
Eh, o vaxt döşəkağını yuduğun, sonra da mənim qoltu‐
ğumun altında isitdiyin əllərini indi hər şeyə vurursan: pate‐
fona, vallara, düymələrə, fincana, çörəyə, uşaqların saçlarına,
uşaqların yorğanına, tennis raketkasına...
– Niyə daha tennis oynamağa getmirsən?
Çiyinlərini çəkirsən. Həvəs yoxdur. Sadəcə olaraq, həvəs
qalmayıb. Siyasətçilərin, katolik rəhbərlərinin arvadlarına ten‐
nis oynamaq mütləq lazımdır! Yox, yox, bunlar başqa‐başqa
məfhumlardır. Tennis oynayan qadınlar nazikbədən, elastik,
cazibədar olur...
“F. böyük həvəslə səninlə tennis oynayardı. Ondan xoşun
gəlmir?”
“Yox, yox, xoşum gəlir. Səmimidir”.
Düzdür, deyirlər ki, o, “dişi‐dırnağı” ilə nazir kreslosuna
oturub, özü də yaramazdır, intriqabazdır, buna baxmayaraq,
Heribertə münasibəti səmimidir. Bəzən belə də olur: rüşvət‐
xorlar, kobudlar vicdanlı, təmiz adamları xoşlayırlar. Heribert
özünə villa tikdirəndə hər şey necə də sadə, qanuni oldu! Heç
bir xüsusi kredit ayrılmadı, tikinti işlərində təcrübəli olan par‐
tiya, kilsə dostları “kömək eləmədi”. Yalnız evi dikdə tikdirmək
istədiyi üçün bir az artıq pul verməli oldu, bunu da “rüşvət”
adlandırdı. Sonradan məlum oldu ki, evi dikdə tikdirməkdə
səhv eləyib. Kim dikdə ev tikdirirsə, onun qabağındakı bağı
aşağıdan yuxarı, ya da yuxarıdan aşağı saldırmalıdır. Heribert
yuxarıdan aşağı saldırdı, səhvi də elə bunda oldu. Axı balaca
Mariya bir azdan böyüyəcək, top‐top oynamaq istəyəcək.
Toplar da qonşuların hasarına dəyənə kimi diyirlənir, bəzən də
hasarı aşıb gül bağçalarına düşür, budaqları, çiçəkləri sındırır,
ətirli, kövrək otları əzir, onda məcbur olursan üzülə‐üzülə
qonşulardan üzr istəməyə...
“Belə gözəl məxluqu da acılamaq olar?”