Page 333 - heynrix
P. 333
İ ROMAN

“İncil”dəki qadınlardan, ya da çətin başa düşülən ədalətsiz BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Mammondan danışmırdı. Tanıdığım katoliklər “dairəsində” də
heç kim ədalətsiz Mammon barədə danışmaq istəmirdi, mən 333
bundan söz salanda Kinkel də, Zommervild də pərt halda
gülümsəyirdilər, sanki İsanı hansısa günah iş üstündə
tutmuşdular. Fredeboyl da deyirdi ki, bu ifadə tarixin
dolaylarında itib‐batıb. Özünün dediyi kimi, həmin ifadədəki
“irrasionallıq” ona xoş gəlmirdi. Elə bil “pul” sözündə
“rasionallıq” vardı! Mariyanın əllərinə düşəndə hətta pul da
öz “mənfi çalarlar”ını itirirdi. O, pulla çox qəribə tərzdə
davranırdı, həm sağa‐sola səpirdi, həm də qədrini bilirdi.
Çeklərdən, başqa növ ödəmə vasitələrindən heç xoşum
gəlmədiyi üçün qonorarımı həmişə nağd pulla alıb evə gətirir,
masanın üstünə qoyurdum. Ona görə də gündəlik xərclərimizi
iki gündən, uzaqbaşı üç gündən artığa planlaşdırmırdıq.
Demək olar ki, pul istəyənlərin hamısına, hətta dili ilə
istəməyənlərə də pul verirdi. Söhbət əsnasında məlum olurdu
ki, ona pul lazımdır, həmin dəqiqə də çıxarıb verirdi. Bir dəfə
Qöttingendə restoran xidmətçisinə məktəbə getməyə
hazırlaşan oğlu üçün qış paltosu almağa pul verdi. Köməksiz
adamlara, yasa gedən nənələrə mütləq əl tuturdu. Bu qarılar
“çaşaraq” ikincidərəcəli vaqonların əvəzinə birincidərəcəliyə
minirdilər, Mariya da biletlərin əlavəsini verirdi. Onda qatarla
uşaqlarının, nəvələrinin, gəlinlərinin, kürəkənlərinin yasına
gedən nənələr yaman çox idi. Bəziləri də qocalığından
şikayətlənə‐şikayətlənə, hıqqıldaya‐hıqqıldaya ağır çamadan‐
ları, içi hisə verilmiş kolbasa, donuz qaxacı, qoğalla dolu
bağlamaları ilə yerini bizim kupedə rahatlayırdı. Mariyanın
təkidilə onların ağır çamadanlarını, bağlamalarını qaldırıb yük
yerinə qoyurdum, ancaq içəridəkilərin hamısı bilirdi ki,
nənəmizin cibindəki bilet ikincidərəcəli vaqonadır. Bələdçi
gəlib nənəyə səhv elədiyini başa salana qədər Mariya tez çölə
çıxıb məsələni “qaydasına qoyurdu”. Ancaq əvvəlcə nənədən
hara getdiyini, kimin öldüyünü xəbər alırdı ki, sonra heç bir
anlaşılmazlıq ortaya çıxmasın. Həmin nənələr də öz minnət‐
   328   329   330   331   332   333   334   335   336   337   338