Page 331 - heynrix
P. 331
İ ROMAN
Gülüb dedi: BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
– Sizdən elə şeylər çıxır ki... – Səsinin tonu məni sanki
yavaş‐yavaş öz monoqamlığıma qaytardı. – Şopeni o qədər də 331
xoşlamıram, ona görə də pis çalıram.
– Allah xatirinə, eybi yoxdur. Notlar yaxındadır?
– Haradasa buralarda olmalıdır. Xahiş edirəm, bircə
dəqiqə gözləyin. – Dəstəyi masanın üstünə qoydu və mən
bildim ki, otağı axtarır. Geri qayıtması bir neçə dəqiqə çəkdi,
həmin anda da Mariyanın dediyi sözlər yadıma düşdü: hətta
bəzi müqəddəslərin də rəfiqələri olub. Əlbəttə, onları yalnız
mənəvi dostluq birləşdirirdi. Məndə isə heç bu da yox idi.
Monika dəstəyi yenidən götürdü, köksünü ötürüb dedi:
– Budur, tapdım, mazurkalardır.
– Xahiş edirəm, dediyim mazurkanı çalın: major B‐Dur
Opus 7 N 1. Bəlkə, istəmirsiniz ki, qonağınız mazurka çaldı‐
ğınızı eşitsin?
– Ah, – gülə‐gülə dedi. – İstədiyi qədər oturub qulaq
assın.
– Qonağınız Zommervild deyil ki? – lap yavaşdan
soruşdum və onun təəccüblə içini çəkdiyini eşitdim. – Əgər,
doğrudan, odursa, royalın qapağını qoparıb başına çırpın.
– Yox, buna layiq deyil... Onun ki sizdən çox xoşu gəlir.
– Bilirəm, – dedim, – məndən xoşu gəldiyinə də inanı‐
ram. Ancaq kaş cəsarətim çatıb onu öldürə biləydim.
– Bir azca məşq edim, sonra sizin üçün Mazurkanı
çalaram, – tələsik dilləndi. – Özüm zəng edərəm.
– Qoy olsun, – dedim, heç birimiz də dəstəyi yerinə
qoymadıq. Bilmirəm, onun necə nəfəs almasına nə qədər
qulaq asdım. Ancaq onu eşidirdim. Sonra dəstəyi asdı. Onun
necə nəfəs aldığına qulaq asmaq üçün dəstəyi xeyli əlimdə
saxlamışdım. İlahi, ən azı, qadın nəfəsini duymaq üçün...
Bayaq yediyim lobya mədəmdən daş kimi asılıb qalsa da,
ovqatımı xeyli korlasa da, mətbəxə keçib ikinci bankanı da
açdım, içindəkini bayaqkı qazana boşaltdım, qazı yandırdım.
İçində qəhvə xıltı qalmış kağız süzgəci çıxarıb zibil vedrəsinə