Page 328 - heynrix
P. 328
HAYNRİX BÖLL
Mən Mariyanın əlini əlimə alanda da, Haynrix isə Mariyaya
dünyaya gətirə bilmədiyi vücudun ruhunun hara uçacağını as‐
tadan başa salmağa çalışanda da rahibə sakitcə təsbeh
çevirməyinə ara vermədi. Mariya heç cür inanmaq istəmirdi
ki, uşağın ruhu – özü uşaq deyirdi – göylərə uça bilər, çünki o,
xaç suyuna çəkilməmişdi. Elə hey deyirdi ki, o, cəhənnəmin
qapısı ağzında qalacaq və həmin gecə mən ilk dəfə bildim ki,
katoliklər dini dərslərdə necə mənasız şeylər öyrənirlərmiş.
Haynrix Mariyanın bu qorxuları qarşısında tamam aciz
qalmışdı, mən də elə onun bu acizliyindən bir az təsəlli tapa
bildim. O dedi ki, Allah mərhəmətlidir və onun bu mərhəməti
“din xadimlərinin hüquqi düşüncə tərzindən böyükdür”.
Rahibə isə bütün bu vaxt ərzində təsbeh çevirirdi. Dini
məsələlərdə çox inadkar olan Mariya isə hey soruşurdu ki,
“doqma” ilə “mərhəmət”in sərhədi harada kəsişir. Mən
“kəsişmə” sözünü ondan çox eşitmişdim. Özümü içəridə artıq,
lazımsız adam sayıb çölə çıxdım. Dəhlizdəki pəncərələrin
328 birinə söykənib, hasarın o tayındakı maşın qəbiristanlığına
baxa‐baxa siqaret çəkdim. Hasar başdan‐başa seçki
kampaniyasına həsr olunmuş şüarlarla dolu idi: “Öz gələcəyini
ASDP‐yə etibar elə!”, “XDİ‐yə səs ver!” Görünür, bu
təsəvvürəgəlməz dayazlıqları ilə otaqlarının pəncərəsindən
hasara baxmağa özlərində güc tapa bilən xəstələrin son
ümidlərini də tamam qırmaq istəyirdilər. “Öz gələcəyini ASDP‐
yə etibar elə!” sözləri, doğrudan da, dahiyanə tapılmışdı. “XDİ‐
yə səs ver!” kimi sadə, quru cümlə ilə müqayisədə əsl bədii
kəşf idi. Az qala, gecə saat iki olmuşdu və mən sonralar orada
gördüklərimin həqiqət olub‐olmaması barədə Mariya ilə çox
mübahisə etməli oldum. Onda sol tərəfdən bir yiyəsiz it gəldi,
küçədəki fənəri, sonra da ASDP‐nin, XDİ‐nin şüarlarını imsilədi,
XDİ‐nin plakatını “sulayıb” asta‐asta yoluna davam etdi,
küçənin qaranlıq olan sağ tərəfinə keçdi. Biz sonralar o
dəhşətli gecə barədə danışanda Mariya mənimlə mübahisəyə
başladı ki, o it də, onun XDİ‐nin şüarını “sulaması” da “gözümə
görünüb”.