Page 325 - heynrix
P. 325
İ ROMAN
– Yəqin ki, zarafat edirsiniz. BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
– Xeyr, – dedim, – mən elə məsələlərdə çox ciddiyəm.
– Allah xatirinə, mənim dediklərimdə dialektikanı tuta 325
bilməmisiniz?
– Xeyr, mən çox kəsə, vicdanlı, sadəlövh adamam. Bəs
qardaşım necə oldu? Görəsən, cənablar nə vaxt yeməklərini
yeyib qurtararlar?
– Çərəzi yenicə verdilər. Çox çəkməz.
– Nə verirlər? Çərəz?
– Bəli. Əslində, deməməliyəm, ancaq sizə deyəcəm.
Gavalı kompotu, yanında da sıyıq qaymaq. Yaxşı çərəzdir.
Gavalıdan xoşunuz gəlir?
– Xeyr. Heç xoşum gəlmir, niyəsini də bilmirəm.
– Elə isə Hobererin idiosinkraziya haqqında yazdıqlarını
oxuyun. Belə şeylər lap ilkin təəssüratlarla bağlıdır, çox vaxt
da anadangəlmə olur. Maraqlıdır, Hoberer 800 halda bunu
dəqiq təcrübədən keçirib. Siz melanxoliksiniz?
– Bunu haradan bildiniz?
– Səsinizdən bildim. İndi sizə ibadət etmək və çimmək
lazımdır.
– Çimmişəm... Ancaq ibadət etməyi bacarmıram.
– Təəssüflər olsun! Onda sizə təzə bir Avqustin pay
göndərərəm. Ya da Kyerkeqor...
– Kyerkeqor özümdə var, hələ qalır. Bir söz desəm,
qardaşıma çatdırarsınız?
– Böyük məmnuniyyətlə.
– Ona deyin ki, gələndə mənə pul da gətirsin. Nə qədər
bacarsa, gətirsin.
Nəsə mızıldayıb, sonra ucadan dedi:
– Bura qeyd edirəm. Nə qədər bacarsa, çoxlu pul gətirsin.
Yeri gəlmişkən, Bonaventuru mütləq oxuyun. Əntiqə yazır. Özü
də on doqquzuncu əsrə çox nifrət eləməyin. Səsiniz elə çıxır
ki, sanki on doqquzuncu əsrə nifrət edirsiniz.
– Elədir, – dedim, – nifrət edirəm.