Page 321 - heynrix
P. 321
İ ROMAN

“Yəhudi donuzunu görən kimi qumbaranı atın!” Anamın dü‐ BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
zəltdiyi “jour fixe”lərdə məni həyəcanlandıran həm də keçmiş
mühacirlərin sadəlövhlüyü idi. Onlar bu ümumi peşman‐ 321
çılıqdan, demokratiya haqqında deyilən gəlişigözəl sözlərdən
o qədər riqqətlənirdilər ki, qardaşlaşmaların, qucaqlaşmaların
sayı‐hesabı olmurdu. Başa düşmürdülər ki, həmin dəhşətlərin
sirri ayrı‐ayrı detallardadır. Böyük bədəməllərdən uşaq da
peşman ola bilər: məsələn, siyasi səhvlərdən, ər‐arvad xə‐
yanətindən, qətldən, antisemitizmdən. Ancaq o xırdalıqları
başa düşən adam bağışlaya bilərmi?

Atam əlini çiynimə qoyanda Brüllə Herbert Kalikin ona
necə baxdıqlarını, özündən çıxmış Herbert Kalikin əlini bizim
masaya döyə‐döyə: “Amansız olmaq lazımdır, amansız”, –
deməsini və ya onun Qöts Buxelin yaxasından yapışıb sinfin
qabağına dartmasını, müəllimin yavaşdan etiraz etməsinə
baxmayaraq: “Bir buna tamaşa edin! Kim deyər ki, bu, yəhudi
deyil?” – deməsini bağışlamaq olarmı? Həmin anda beynimdə
çox xırdalıqlar, çox təfərrüatlar oyandı... Ancaq gözləri heç
dəyişməmişdi. Onu həmin yaşlı, bir az da səfeh görkəmli
yəhudi ravvinin yanında görəndə nə edəcəyimi bilmədim.
Ravvin sanki olub‐keçənləri unutmuşdu, Herbertin gətirdiyi
kokteyli aldı, onun “yəhudi ruhu” haqqında dediyi xoş sözlərə
qulaq asdı. Mühacirlər onu da bilmirlər ki, çox az nasist
cəbhəyə göndərilib, cəbhədə ölənlər də başqalarıdır. Məsələn,
Vinekenlərin qonşuluğundakı evdə yaşayan Herbert Knips,
çörəkçinin oğlu Qünter Kremer. Onlar “Hitleryuqend” rəhbər‐
ləri olsalar da, cəbhəyə göndərildilər, çünki “siyasi duyum”ları
yox idi, necə deyərlər, o iyrənc “siyasi duyum” oyununu oy‐
naya bilmirdilər. Kaliki heç vaxt cəbhəyə göndərməzdilər, çünki
“siyasi duyum”u o vaxt da yaxşı idi, indinin özündə də. O,
anadangəlmə “duyumludur”. Əslində, məsələ mühacirlərin
düşündüyü kimi deyildi. Onlar üçün iki kateqoriya vardı: gü‐
nahkarlar və günahsızlar, nasistlər və nasist olmayanlar.

Qaulayter Kirenhan hərdən Mariyanın atasının dükanına
gəlir, sadəcə olaraq, rəfdən bir qutu siqaret götürür, pulunu
   316   317   318   319   320   321   322   323   324   325   326