Page 319 - heynrix
P. 319
İKİ ROMAN

gözlərini mənə zillədi ki, görsün, özüm bu hadisəni hansı kate‐ BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
qoriyaya aid edirəm və nəhayət, dilləndi: “İyrəncdir, elə deyil‐
mi?” Beləliklə, onu öz cümlələrindəki sözləri hərdən 319
dəyişdirməyə məcbur etdim. Dedim ki, hər iki cümlədə “ah”
kəlmələrini, sadəcə olaraq, atsın, yalnız “gözəldir”, “iyrəncdir”
desin. Kəkələdi, boşqabıma bir az da xörək qoyandan sonra
dilləndi: “Ah, necə də gözəldir!” Həmin axşam ikisinin də
“bircə balamız” dediyi o beşyaşlı qoçaqla da tanış olduq.

Elə şirin uşaq idi ki, televiziya reklamlarına çəkmək olardı.
Diş məcununu reklam edirmiş kimi, dümağ dişlərini
göstərə‐göstərə: “Gecən xeyrə qalsın, papi”, “Gecən xeyrə
qalsın, mami”, – deyib ayaqlarını cütlədi, əvvəlcə Mariyaya,
sonra mənə yüngülcə təzim etdi. Təəccübləndim ki, niyə
televiziyanın reklam şöbəsi onu indiyəcən kəşf etməyib! Lap
axırda sobanın qabağında oturub qəhvə, konyak içəndə Kalik
yaşadığımız zəmanənin böyüklüyündən danışdı. Bir şüşə də
şampan gətirdi, kefi lap kökəldi. Məndən üzr istədi, hətta diz
çökdü, özünün dediyi kimi, “kilsədən kənarda” günahlarını
yumaq istədi. Az qaldı, arxasından bir təpik ilişdirəm, ancaq
masanın üstündəki çörək bıçağını götürüb pendir kəsdim,
sonra onu qılınc kimi yuxarı qaldırıb Herberti təntənəli surətdə
“demokrat” elan etdim.
Arvadı qışqırdı: “Ah, necə də gözəldir!” Və Herbert
riqqətə gəlib yerində oturanda yəhudi yankiləri haqqında
mühazirəyə başladım. Dedim ki, uzun müddət elə bilmişəm,
mənim soyadım Şnir “schnorren”1 sözündən gəlir, ancaq son‐
ralar sübut olundu ki, “Schneider”2 “Schnieder” sözündən
əmələ gəlib, özüm də nə yəhudiyəm, nə də yanki.
Qəflətən Herbertin qulağından yapışdım, çünki birdən
yadıma düşdü ki, məktəb yoldaşlarımızdan birini – Qöts Buxeli
ari nəslindən olduğunu sübut edən sənəd gətirməyə məcbur
etmişdi. Onda Qöts çətinliyə düşmüşdü, çünki anası italiyalı
idi, İtaliyanın cənubundakı kəndlərdən birində doğulmuşdu və

1 Schnorren – xırdaçılıq etmək (alm.)
2 Schneider – dərzi (alm.)
   314   315   316   317   318   319   320   321   322   323   324