Page 318 - heynrix
P. 318
HAYNRİX BÖLL
Kalik idi ki, məni “təslimçiliyə” görə satmışdı, məhkəmədə də
ağır cəza, ən ağır cəza tələb edirdi. O vaxt hətta ağlına
dahiyanə bir fikir də gəlmişdi ki, “son və qəti qələbə” üçün
yetimxanadakı uşaqlar da səfərbər olunsunlar. Bilirdim ki, indi
“böyüklərdəndir”. Qəzet yazırdı ki, bu ordeni “gənclər arasında
demokratik ideyaların yayılması işindəki xidmətlərinə” görə
alıb.
İki il bundan əvvəl məni evinə dəvət etmişdi ki, barışaq.
Belə çıxırdı ki, mən Qeorqun, o yetim uşağın tank əleyhinə
qumbara ilə məşq edərkən faciəli şəkildə öldüyünü və ya məni
– onyaşlı uşağı “təslimçiliyə” görə satdığını, bunun üçün də
dönmədən ən ağır cəza tələb etdiyini ona bağışlamalı idim.
Mariya dedi ki, kimsə səni barışıq niyyəti ilə evinə dəvət
edirsə, getmək lazımdır və biz də gül alıb getdik... Ayfelin
özündə qəşəng bir villası, qəşəng də arvadı vardı. Bir də hər
ikisinin fəxrlə “bircə balamız” dedikləri uşağı. Arvadı elə
gözəllərdən idi ki, bilmirdin, canlıdır, yoxsa gəlincik kimi
318 geyindirib‐kecindiriblər. Onun yanında oturanda ha çalışırdım
ki, əlimlə əlinə, ya da çiyninə, ayağına toxunam, dəqiqləşdirəm
ki, canlı adamdır, ya gəlincik?! Bütün söhbət ərzində ikicə
cümlə işlətdi: “Ah, necə də gözəldir!” və “Ah, necə də
iyrəncdir!” Əvvəlcə elə bildim, darıxdırıcıdır, sonra tilsimə
düşdüm, ağlıma gələn şeyləri danışmağa başladım: sanki
qarşındakı avtomatda nə olduğunu bilmirsən, pul atırsan ki,
görəsən, nə çıxacaq. Dedim ki, bu yaxınlarda nənəmin ölməsi
barədə yayılan xəbər yalandır, çünki nənəm on iki il qabaq
ölüb. O isə dedi: “Ah, necə də iyrəncdir!” Mənə elə gəlir,
“kimsə ölüb” deyəndə istənilən qədər səfeh söz tapıb
danışmaq olar, ancaq heç vaxt deməzlər: “Ah, necə də
iyrəncdir!” Sonra başladım ki, Humelo (əslində, belə adda
adam yox idi, özüm tez uydurdum ki, “avtomat”dan nəsə
xoşagələn bir şey çıxsın) fəxri doktor adı alıb. O dedi: “Ah, necə
də gözəldir!” Lap axırda deyəndə ki, qardaşım Leo katolik olub,
bir anlığa tərəddüd etdi və bu tərəddüd mənə ondakı həyat
nişanəsi kimi göründü. Gəlincik gözləri kimi iri, ifadəsiz