Page 314 - heynrix
P. 314
HAYNRİX BÖLL
duvaq almış olardı, çünki bir az dərinə getsən, Mariya, az qala,
indi alman katolisizminin “first lady”si1 idi. Qərara aldım ki,
mən də Romaya gedim, xahiş‐minnətlə Papanın qəbuluna
düşüm. Papa, azacıq da olsa, mənə qoca, müdrik bir təlxəyi
xatırladır. Nə olsun, Arlekin obrazı da Berqamonda yaranıb.
Hər şeyi bilən, hər şeydən xəbəri olan Qenneholm da
dediklərimi təsdiq edə bilər. Papaya başa salacağam ki, Mariya
ilə mənim kəbinim rəsmi nikahımız olmadığına görə pozulub
və xahiş edəcəyəm ki, məni VIII Henrinin, bir növ, əksi hesab
eləsin: o, dindar olsa da, poliqamik idi, mən isə dindar olmaya‐
olmaya monoqamam. Başa salardım ki, alman katolisizminin
rəhbərləri yekəxanadır, alçaqdır, onlara çox bel bağlamasın.
Bir neçə tamaşa da göstərərdim. Lap sadə səhnəciklər...
Məsələn, məktəbə getmək və qayıtmaq... Yox, “Kardinal”
nömrəsini göstərməzdim. Xətrinə dəyər... Axı özü də bir vaxt‐
lar kardinal olub. Papa xətrinə dəymək istəmədiyim yeganə
adam idi...
314 Axırda həmişə öz fantaziyalarımın qurbanına çevrilirəm.
İndi elə bil, doğrudan da, Papanın qəbulunda idim, diz
çökmüşdüm, dindar olmayan bir adam kimi onun xeyir‐duasını
istəyirdim. İsveçrəli qvardiyaçılar qapıda dayanıblar... Hansısa
xeyirxah bir müsyö güclə sezilən riyakarlıqla gülümsəyir... Az
qala, inandım ki, Papanın yanında olmuşam, məni qəbul edib.
Bu dəqiqələrdə, doğrudan da, Papanın yanında idim, necə
gülümsədiyini görür, sadə bir kəndli kimi danışdığını eşidir,
özüm də ona deyirdim ki, Berqamonlu bir axmaq axırda gəlib
Arlekin olub! Leo belə məsələlərdə çox ciddidir və çox vaxt
məni “gopçu” adlandırır. Həmişə ona deyəndə: “Yadındadır,
ikimiz də köməkləşib bir dirəyi necə kəsdik?” – qəzəblənir,
qışqırmağa başlayır: “Biz heç vaxt bir yerdə dirək kəsməmişik”.
Qəribə də olsa, düz deyir. Onda Leonun beş, ya altı yaşı olardı,
mənim də səkkiz, ya doqquz. Gedib samanlıqda bir taxta
parçası tapmışdı, hasar dirəyi idi. Elə həmin samanlıqda da
paslanmış mişar vardı.
1 First lady – birinci xanım (ing.)