Page 311 - heynrix
P. 311
İ ROMAN

pula satan çoxlu qadınlardan biri. Haqlısınız, belə də hesab BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
eləməlisiniz... Oh...
311
– Qətiyyən, yox! – ucadan dedim. – Mən sizi heç vaxt elə
qadınlardan saymamışam, doğru sözümdür... – Qorxdum ki,
indi başlayacaq öz hislərindən, atamın hislərindən danış‐
mağa... Hıçqırtısından görünürdü ki, sentimental qadındır.
Hələ, ola bilsin, Mariyadan başladı. – Əslində, – dedim və buna
özüm də inanmadım, çünki “özünü pula satan qadınlar”a belə
nifrət etməsi mənə şübhəli göründü. – Əslində, sizin nəcib bir
insan olduğunuza həmişə inanmışam, heç vaxt da sizi pis
qadın saymamışam. – Bu, doğrudan, belə idi. – Bundan əlavə,
– böyük məmnuniyyətlə ona bir də müraciət edərdim, ancaq
o lənətə gəlmiş “Bela” sözünü dilimə gətirə bilmədim. – Bun‐
dan əlavə, yaşım otuza çatır. Məni eşidirsiniz?

– Bəli, – deyib köksünü ötürdü, sonra elə hıçqırdı ki, sanki
Qodesberqdəki villasında oturub tövbə eləyirdi.

– Çalışın, onun beyninə yeridin ki, mənə pul lazımdır.
– Mənə elə gəlir ki, – səsi güclə eşidildi, – onunla birbaşa
bu barədə danışmaq düzgün olmaz. Ailəsinə aid olan
məsələlər barədə... Yəqin, özünüz də başa düşərsiniz...
Danışmaq mənə yasaqdır. Ancaq bunun başqa bir yolu var...
Mən susdum. Hıçqırtı kəsilmişdi, yalnız astadan burnunu
çəkirdi.
– Hərdən çətinliyə düşmüş həmkarlarım üçün mənə pul
verir, kimə verəcəyimi də öz ixtiyarıma buraxır... İndi necə
düşünürsünüz, həmin kiçik məbləği müvəqqəti çətinliyə
düşmüş bir həmkarım kimi sizə verə bilmərəm ki?
– Əslində, mən, doğrudan da, sizin çətinliyə düşmüş
həmkarınızam. Özü də müvəqqəti yox, ən azı, yarımilliyə.
Ancaq, xahiş edirəm, deyin görüm, bu “kiçik məbləğ” nə
qədərdir?
Boğazını arıtlayıb yenə “oh” elədi; amma budəfəki “oh”
əvvəlki kimi zərif musiqiyə bənzəmədi.
– Çox vaxt konkret vəziyyətlə bağlı olur. Çəkilən xərclərə
əlavə kimi verir. Kimsə öləndə, xəstələnəndə, hansı qadınınsa
   306   307   308   309   310   311   312   313   314   315   316