Page 308 - heynrix
P. 308
HAYNRİX BÖLL

“xristianlığın bütün qanunlarına əməl edə”, komitənin
iclaslarında otura, “ASDP üzvlərinin vəziyyətini daha da
ağırlaşdırmamaq xatirinə onlara qarşı xüsusi mehribançılıq
göstərə” bilə. Mən bacımı yalnız o şəkildə təsəvvür edə
bilirdim ki, fantaziya sarıdan kasad olan realistlər onun
hərəkətini snobizm hesab eləsinlər. Məsələn, sayı‐hesabı
bilinməyən prezidentlərdən birinin üstünə kokteyl “dağıtsın”,
ya da maşınını lovğa, ikiüzlü bir alçağın “Mersedes”inin üstünə
sürsün. Əlindən şəkil çəkmək gəlməyən, dulusçuluq işindən
baş çıxarmayan bir adam özgə neyləyə bilərdi ki? O da mənim
kimi həyat nişanəsi hiss olunan hər yerdə bu qalın divara
dirənəcəkdi. Xərcləmək lazım olan yerdə pul qurtarmış olacaq.
Onda həmin pul toxunulmaz qalacaq, kilsə altarlarındakı
müqəddəs rəqəmlərə dönəcək.

Geri çəkilib yol verdim. Kişi yenə tərləməyə başladı və
ona yazığım gəldi. Qaça‐qaça tez gedib qonaq otağında qalmış
kirli cib dəsmalını gətirdim, paltosunun cibinə qoydum. Anam
308 hər ayın başında yuyulmağa verilən paltarların haqq‐hesabını
aparırdı, nəsə əskik gəlsə, kefi pozulardı, qızları oğurluqda, ya
da pintilikdə günahlandırardı.

– Sənin üçün taksi sifariş verim? – soruşdum.
– Yox, – dedi, – bir az piyada getmək istəyirəm. Furman
vağzalın yaxınlığında gözləyir.
Yanımdan keçib‐getdi, qapını onun üçün açıb, liftə qədər
ötürdüm, düyməni basıb lifti yuxarı çağırdım. Yenə birmarklığı
cibimdən çıxarıb sol ovcuma qoydum. Gözümü pula zilləyəndə
atam iyrənirmiş kimi, baxışlarını yana çevirib başını buladı.
Fikirləşdim ki, bəlkə, pulqabını çıxarıb, heç olmasa, əlli, ya da
yüz mark verər. Ancaq keçirdiyi iztirablar, alicənablıq, bir də
düşdüyü bu acınacaqlı vəziyyət kişini sublimasiyanın elə bir
həddinə çatdırmışdı ki, pul haqqında fikirləşmək ona iyrənc
gəlirdi, mənim bu cəhdlərimi də nəsə müqəddəs bir şeyə
hörmətsizlik hesab eləyirdi. Liftin qapısını tutdum, məni
qucaqladı və qəflətən burnunu çəkərək imsilədi, gülümsəyib
dedi:
   303   304   305   306   307   308   309   310   311   312   313