Page 303 - heynrix
P. 303
İ ROMAN
hamamsız, gülsüz, araqsız yaşamaq olmaz, adı qudurğan kimi BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
tarixə düşə bilərdi. Məşuqə saxlamağın adama necə baha
başa gəldiyini təsəvvür edirəm. Axı o, corab, paltar istəyir, 303
evpulu verir. Bunlardan əlavə, məşuqənin kefi həmişə kök
olmalıdır ki, bu da, atamın təbirincə desək, yalnız “maddi
cəhətdən tam təmin olunanda” mümkündür. Atam nəzarət
şurasının quru, cansıxıcı iclaslarından sonra onun yanına
gedəndə məşuqəsinin kefi kök olmalı idi. Gərək ondan ətir iyi
gələydi, saçlarını düzəltdirmiş olaydı. Həmin qadının pulgir
olduğunu təsəvvürümə gətirə bilmirdim. Yəqin ki, çox xərc
tələb edirdi və bu da qohumlarımın nəzərində pulgirliyə
bərabər idi. Bir dəfə qoca Furmana hərdən kömək eləyən
bağban Hengels son dərəcə təvazökarlıqla deyəndə ki,
təsərrüfat işlərində çalışan fəhlələrin donluğu üç ildir artıb,
ancaq o, hələ də az alır – anam öz cingiltili səsi ilə onlara “Bəzi
adamların pulgirliyi haqqında” ikisaatlıq mühazirə oxudu. Bir
dəfə də poçtalyonumuza Yeni il hədiyyəsi kimi iyirmi beş pfen‐
niq çaypulu vermişdi. Ancaq səhəri gün həmin iyirmi beş pfen‐
niqi zərfin içində poçt qutumuzda tapanda bərk əsəbiləşdi.
Onda poçtalyon qısaca bir məktub da yazmışdı: “Mərhəmətli
xanım, sizi qarət etməyə cəsarətim çatmaz!” Əlbəttə, anam o
dəqiqə rabitə nazirliyində stats‐sekretar işləyən tanışına bu
“pulgir, sırtıq poçtalyon”dan şikayət etdi.
***
Mətbəxdəki “qəhvə gölməçəsi”nin yanından ehtiyatla
keçib, əvvəlcə dəhlizə, oradan da vanna otağına girdim.
Vannanın tıxacını çıxaranda yadıma düşdü ki, son illərdə ilk
dəfə kilsə mahnıları oxumadan çimmişəm. Ona görə də boş
vannanın divarlarına yapışıb qalmış kirli köpüyü şırnaqla yuya‐
yuya astadan “Möminlər” duasını zümzümə etməyə başladım.
Sonra “Müqəddəs Məryəm” duasını da oxumaq istədim, çünki
yəhudi qızı Məryəmdən xoşum gəlirdi, bəzən ona inanırdım
da. Lakin bu duanın da xeyri olmadı, çünki onda katolik ruhu
həddən artıq idi, mənim də katolik ruhundan, katoliklərdən