Page 305 - heynrix
P. 305
İ ROMAN
Əlbəttə, həyəcanlanmış ananı başa düşmək, onu bağışlamaq BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
olardı. Ancaq Karl dəqiq bilirdi ki, mən “pozğun əclaf” deyiləm.
Ümumiyyətlə, Karlla münasibətimizdə gülünc bir gərginlik 305
vardı, çünki qəlbinin dərinliklərində o, mənim “sərbəst həyat
tərzimə valeh olmuşdu”, mən də onun “meşşansayağı həyat
tərzi”nə. Karla heç vaxt başa sala bilmədim ki, mənim həyatım
dəhşətli dərəcədə yeknəsəq keçir, qatarlarda yol getmək,
mehmanxanalarda gecələmək, məşq etmək, səhnəyə çıxmaq,
riç‐raç oynamaq, pivə içmək adamı bezikdirir, buna görə də
onun keçirdiyi həyat məni daha çox cəlb edir. Əlbəttə, hamı
kimi, o da elə fikirləşirdi ki, özümüz uşaq istəmirik və Mari‐
yanın tez‐tez uşaq salmasından “şübhələnirdi”. Bilmirdi ki,
uşaq olmasını biz hamıdan çox istəyirik. Bütün bunlara bax‐
mayaraq, teleqram göndərmişdim ki, mənə zəng eləsin. Ancaq
ondan pul qoparmaq fikrində deyildim. Artıq dörd uşağı vardı,
onları güclə dolandırırdı...
Vannanı təzədən yudum, sonra asta addımlarla dəhlizə
çıxıb, açıq qalmış qapıdan qonaq otağına baxdım. Atam yenə
üzü masaya tərəf dayanmışdı, daha ağlamırdı. Qızarmış burnu,
qırışlı, nəmli yanaqları onu qoca kişiyə oxşadırdı. Sanki
üşüyürdü. Üz‐gözündən qəribə bir boşluq, səfehlik oxunurdu.
Konyak süzüb ona uzatdım. Alıb içdi. Ancaq o qəribə, səfeh
ifadə sifətindən çəkilmədi. Qədəhi boşaldıb səssizcə geri
verəndə gözlərində yalvarış ifadəsi düyünlənmişdi və bu
hərəkətlərində indiyəcən onda görmədiyim bir yüngüllük hiss
olunurdu. Belə görkəmdə detektiv romanlardan, hər hansı
şərab növündən və mənasız lətifələrdən başqa heç nə ilə
maraqlanmayan adamlara bənzəyirdi. Qırışmış yaş dəsmalı
masanın üstünə tullamışdı, mən də özünə yaraşmayan bu
hərəkətini alçaqlıq kimi qəbul elədim: sanki tərbiyəsiz uşağa
min dəfə deyirsən ki, adam dəsmalı masanın üstünə qoymaz,
ancaq qoyur. Bir az da konyak süzdüm. İçib, əlini qeyri‐
müəyyən tərzdə yellədi, elə bil: “Xahiş edirəm, paltomu gətir”,
– demək istədi. Fikir vermədim. Nəyin bahasına olursa olsun,
onu təzədən pul barəsindəki söhbətə qaytarmaq istədim.