Page 309 - heynrix
P. 309
İKİ ROMAN BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ

– Doğrudan da, səndən qəhvə iyi gəlir... Təəssüf... Sənə
yaxşı qəhvə dəmləyərdim, qoymadın... Heç nəyi olmasa da,
bunu bacarıram.

Əllərini boynumdan çəkib liftə mindi, düyməni basdı,
qapı örtülməzdən qabaq onun bic‐bic qımışdığını gördüm.
Dayanıb, lift mərtəbələri endikcə yanıb‐sönən rəqəmlərə
baxdım: dörd, üç, iki, bir... Sonra qırmızı işıq söndü.

XVI 309
Evə qayıdıb qapını bağlayanda özümü axmaq vəziyyə‐
tində qalan adam kimi hiss elədim. Gərək atamın qəhvə
dəmləmək təklifini qəbul edəydim, onu bir az da burada
saxlayaydım. Fincanları düzüb öz bacarığından ləzzət ala‐ala
məni süzdüyü anda deyəydim: “Pulu çıxart!”, “Pulu bəri ver!”
Əsas anı tutanda hər şeyi həll eləmək çox asan olur, əzilib‐
büzülməyə ehtiyac qalmır. Onda belə deyirlər: “Polşanın yarısı
sizin olsun, Rumıniyanın da tənyarısı bizim. Hə, Sleziyanın
üçdə ikisini istəyirsiniz, yoxsa yarısını? Sizə dörd nazir yeri, bizə
də, canımızın canı çıxsın, bir neçə şirkət!” Lap axmaqlıq
elədim, gərək pul qoparmaq istədiyimi hiss etdirməyəydim,
çalışıb damarını tutaydım. Sadəcə olaraq, puldan söhbət
salaydım. Çoxları üçün ölüm‐dirim məsələsini həll edən ölmüş,
mücərrəd, haradasa çin‐çin yığılıb qalan pullardan danışay‐
dım. Anam həmişə pul məsələsi ortaya çıxanda nifrətlə
deyərdi: “Ah, bu əbədi pul söhbəti”. Hətta biz dəftər almaq
üçün otuzca pfenniq istəyəndə də bu sözləri deyərdi. Əbədi
pul. Əbədi məhəbbət...
Mətbəxə keçib bir dilim çörək kəsdim, üstünə yağ
çəkdim, təzədən otağa qayıdıb Bela Brozenin nömrəsini
yığdım. Mənə elə gəlirdi ki, atam bu vəziyyətdə – sarsıntıdan
bürüşə‐bürüşə evə yox, məşuqəsinin yanına gedər. O da elə
qadın idi ki, kişini yatağa uzadıb, yanına isidici qoyacaqdı, isti
südə bal qatıb içirdəcəkdi. Anamın qəribə xasiyyəti vardı,
kimsə özünü pis hiss edəndə deyirdi: “Özünü ələ al!”, “İradəni
topla!” Son vaxtlar da soyuq suyu yeganə müalicə vasitəsi
hesab etməyə başlamışdı.
   304   305   306   307   308   309   310   311   312   313   314