Page 312 - heynrix
P. 312
HAYNRİX BÖLL

uşağı olanda... Deməyim odur ki, uzunmüddətlik olmur, necə
deyərlər, əl tutur.

– Nə qədər verir?
Həmin dəqiqə cavab gəlmədi və mən onu təsəvvürümdə
canlandırmağa çalışdım. Onu bircə dəfə, özü də beş il qabaq
görmüşdüm. Onda Mariya məni güclə dartıb operaya
aparmışdı. Brozen tamaşada hansı qrafınsa yoldan çıxardığı
sadə kəndli qızının ariyasını oxudu və mən atamın zövqünə
təəccüb elədim. Ortaboy, tökməbədənli sarışın bir qadın idi,
döşləri də bütün opera aktrisalarının döşləri kimi titrəyirdi.
Balaca bir daxmanın yanında əvvəlcə arabaya, sonra yabaya
söykənib həzin, ancaq təmiz səslə sadə kəndli qızının ürək
çırpıntılarını gözəl ifa etdi.
– Alo, – dedim, – alo...
– Oh, – dilləndi və səsi yenə həzin musiqi kimi səsləndi.
– Sualınız çox kəsə oldu...
– Düşdüyüm vəziyyət belə tələb edir, – dedim. Qorxu
hissi məni bürüdü: nə qədər çox sussa, məbləğ də o qədər az
312 olacaq!
– Yaxşı, – handan‐hana dilləndi, – bu məbləğ on markdan
təxminən otuz marka kimi olur.
– Məsələn, desəniz ki, son dərəcə çətin vəziyyətə
düşmüş bir həmkarınız var, onda necə? Deyək ki, çox ağır bir
qəzaya düşüb, ona bir neçə ay yüz mark həcmində kömək
eləyə bilərmi?
– Əzizim, – yavaşdan dilləndi, – deyirsiniz ki, indi də yalan
danışım?
– Xeyr, mən, doğrudan, qəzaya düşmüşəm. Bəs biz
həmkar deyilik? Sənət adamı deyilik?
– Çalışaram! Amma inanmıram, bu tələyə düşsün.
– Necə?
– Bilmirəm, onu inandıra biləcəm, ya yox? Axı mənim elə
fantaziyam yoxdur.
Gərək bu sözləri deməyəydi, çünki artıq onu indiyə kimi
gördüyüm qadınların ən səfehi hesab eləməyə başladım.
– Bəlkə, buradakı teatrda mənə bir iş tapasınız? Əlbəttə,
kiçik rol... Komik rolları pis oynamıram.
   307   308   309   310   311   312   313   314   315   316   317