Page 316 - heynrix
P. 316
HAYNRİX BÖLL
Bəzən bizə nəsə boyun olur, deyirdi ki, içməyə, ya da
yeməyə “xüsusi bir şey” verəcək. Buna baxmayaraq, həmin
axşam da göz yaşları ilə keçirdi. Anam belə axşamları bizə tez‐
tez “bəxş edirdi”. Bilmirdi ki, bizim hamımızın belə inadla
oyundan yayınmağımızın səbəbi kartların içində “ürək
yeddi”liyin olmamasıdır, hər dəfə kart oynamağa başlayanda
Henrietteni xatırlamağımızdır. Ancaq bunu anama heç kəs
demirdi. Sonralar anamın “xoşbəxt ailə üzvləri kimi sobanın
qabağında oturub kart oynamaq” istəyi yadıma düşəndə
xəyalımda onunla təkcə oynamağa başlayırdım, halbuki iki
nəfərin qabaq‐qabağa oturub kart oynaması həmişə cansıxıcı
olur. Anamla hərdən, gerçəkdən də, oynayırdım. Gah “altmış
altı”, gah da “vur‐vurum”. Onda alma çiçəyindən dəmlənmiş
çay verirdilər, hətta bal da qatırdılar. Anam yalançı bir ciddiliklə
şəhadət barmağını mənə tuşlayıb hədələyirdi, hətta siqaret
də təklif edirdi... Həmin anda Leo haradasa öz etüdlərini çalır
və biz hamımız – hətta qızlar da – bilirdik ki, atam yenə “o
316 arvadın yanındadır”. Deyəsən, Mariya da mənim “gopçu”
olduğumu eşitmişdi, çünki ona nə barədəsə danışanda həmişə
şübhələnirdi. Ancaq Osnabrükdə həmin oğlanı, doğrudan da,
görmüşdüm. Bəzən mənim özümdə də hər şey tərsinə olur:
gözümlə gördüyüm şey özümə yalan kimi gəlir. Məsələn, heç
cür inana bilmirəm ki, qrup yoldaşlarıma bakirə Məryəmdən
danışmaq üçün durub Kölndən Bonna gəlmişdim. Buna görə
də çox vaxt hamının doğru hesab elədiyi bir şey mənə yalan
kimi görünür.
XVII
Pəncərədən geri çəkildim, küçədəki zir‐zibilin arasına
düşmüş bir markdan əlimi tamam üzüb, özümə yaxmac
düzəltmək üçün mətbəxə keçdim. Yeməyə lap az şey qalmışdı:
bir şüşə lobya, bir qutu gavalı cemi (gavalıdan xoşum gəlməsə
də, Monikanın bundan xəbəri yox idi), yarım kömbə çörək,
yarım şüşə süd, qutunun dibində bir az qəhvə, beş yumurta,
üç dilim qaxac edilmiş donuz əti, bir az da xardal. Qonaq