Page 315 - heynrix
P. 315
İ ROMAN

Xahiş etdi ki, hərəmiz mişarın bir qulpundan tutub dirəyi BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
kəsək. Soruşdum ki, bu çürük ağacı niyə kəsməliyik? Heç bir
səbəb tapa bilmədi, dedi ki, elə‐belə kəsmək istəyir. Deyəndə 315
ki, mənasız işdir, kəsmirəm, Leo düz yarım saat ağladı. Xeyli
sonra, on il keçəndən sonra Vunibald alman dili dərsində
Lessinqdən danışanda, dərsin lap ortasında, mövzu ilə heç bir
əlaqəsi olmasa da, qəflətən başa düşdüm ki, onda Leo nə
istəyirmiş. Sadəcə olaraq, həmin anda onun dirəyi mənimlə
kəsməyə böyük həvəsi varmış. Mən bunu düz on ildən sonra
başa düşdüm və onun dirəyi kəsə‐kəsə necə sevindiyini,
gərginləşdiyini, bundan necə ləzzət aldığını duydum. Bütün
bunları sanki təzədən yaşadım və qeyri‐ixtiyari mişar çəkirmiş
kimi irəli‐geri hərəkət etməyə başladım.

Leonun sevincdən pörtmüş uşaq sifəti gözlərim önündə
canlandı, paslanmış mişarı özümə tərəf çəkdim, qolumu
boşaltdım; Leo onu özünə tərəf çəkdi və bu “xırxılama”
səhnəsi ta Vunibald saçlarımdan dartıb “məni özümə qay‐
tarana” qədər davam etdi. Həmin vaxtdan, doğrudan da,
özümü Leo ilə həmin dirəyi birlikdə kəsmiş hesab eləməyə
başladım.

Ancaq Leo çox realistdir, bunu heç vaxt başa düşə bil‐
məzdi.

Hələ bu günün özündə də bilmir ki, lap səfeh də görünsə,
ağlına gələn işi tutmaq lazımdır. Hətta anamın özü də hərdən
nəyinsə həsrətini çəkirdi. Məsələn, sobanın qabağında oturub
kart oynamaq ürəyindən keçirdi. Ancaq həmişə də bu vaxt
bizlərdən kiminsə həvəsi olmurdu.

Onda da başlayırdı tamaşa çıxartmağa: özünü yalandan
elə göstərirdi ki, guya heç nə başa düşmür. Sonra deyirdi ki,
ona qulaq asmaq bizim borcumuzdur. Sonra da “İncil”in
dördüncü ayəsini misal gətirirdi. Axırda da başa düşürdü ki,
yalnız və yalnız borc xatirinə uşaqlarının onunla kart
oynamasından istədiyi ləzzəti ala bilməyəcək. Onda ağlaya‐
ağlaya öz otağına gedirdi.
   310   311   312   313   314   315   316   317   318   319   320