Page 322 - heynrix
P. 322
HAYNRİX BÖLL

vermir, birini də çıxarıb damağına qoyur, piştaxtanın arxasında
dayanmış Derkumla üzbəüz oturub deyirdi: “Hə, Martin, səni
rahat, balaca, işgəncələri az olan bir konslagerə göndərsək,
necə olar?” Onda Mariyanın atası deyirdi: “Donuz elə həmişə
donuzdur. Sən də həmişə donuz olubsan”. Onlar bir‐birini altı
yaşından tanıyırdılar. Kirenhan qeyzlə deyirdi: “Martin, çox baş
aparma! Baş aparma!” Mariyanın atası cavab verirdi: “Hələ
bundan artıq aparacam. İndi isə rədd ol, get!” Kirenhan
deyirdi: “Elə buna görə də rahat yox, çox pis konslagerə
gedəcəksən!” Belə çox davam elədi və əgər Qaulayter hansı
səbəbdənsə – bunu biz heç vaxt bilmədik – onu, necə
deyərlər, “qanadının altına almasaydı”, Mariyanın atasını çox‐
dan aparmışdılar. Əlbəttə, Qaulayter hamını “qanadının altına
almadı”. Məsələn, dəri alverçisi Marksı, kommunist Krupeni
aparıb öldürdülər. Qaulayterin kefi bu gün də kökdür, özünün
tikinti şirkəti var. Bir dəfə Mariyaya rast gələndə deyib ki,
şikayəti yoxdur. Mariyanın atası həmişə mənə deyirdi: “Bu na‐
322 sist məsələsi çox dəhşətli məsələdir. Onu başa düşmək üçün
gərək təsəvvür edəsən ki, mən yaşadığıma görə, əslində, o
Qaulayter kimi donuza minnətdaram. Özü də bu minnətdarlığı
yazılı şəkildə verməli oldum”.

Bu arada Kalikin nömrəsini tapmışdım, ancaq yığmağa
tərəddüd edirdim. Yadıma düşdü ki, sabah anamın “jour fixe”
günüdür. Mən də gedə bilərdim, valideynlərimin pullarına
alınmış siqaretlə, duzlanmış badam ləpəsi ilə ciblərimi
doldurardım, bir qutu zeytun götürərdim, sonra da papağımı
əlimə alıb camaatın arasında gəzər, “ailənin çətinliyə düşmüş
üzvü” üçün sədəqə toplayardım. On beş yaşım olanda bir dəfə
belə eləmişdim. Onda “xüsusi məqsəd” üçün toplamışdım və
yüz marka yaxın pul yığılmışdı. Həmin pulu özüm üçün
xərcləyəndə heç bir vicdan əzabı çəkməmişdim, sabah da
gedib “ailənin çətinliyə düşmüş üzvü” üçün pul istəsəm, yalan
danışmış olmazdım. Axı mən, doğrudan da, bu ailənin çətinliyə
düşmüş üzvü idim. Sonra da mətbəxə keçər, başımı Annanın
sinəsinə qoyub ağlayar, artıq qalmış kolbasa dilimlərindən də
   317   318   319   320   321   322   323   324   325   326   327