Page 335 - heynrix
P. 335
İ ROMAN
inanmıram ki, Tsüpfner onun puluna nənələrin biletini BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
ikincidərəcəli vaqondan birincidərəcəliyə, ya da adi qatardan
sürət qatarına dəyişməyə icazə versin. Əlbəttə, o, simic deyil‐ 335
di, bir növ, aza qane olan idi, ancaq həmişə də zıqqınırdı. Onun
bu “gözütoxluğu” özünün heç nəyə ehtiyacı olmadığına bax‐
mayaraq, başqalarının ehtiyacını duyan Assili Fransın
gözütoxluğuna bənzəmirdi. Təsəvvür edəndə ki, indi Tsüp‐
fnerin pulları onun çantasındadır, lap pis olurdum. “Bal ayı”na,
“onun uğrunda mübarizə apar” ideyasına da dözə bilmirdim.
Axı mübarizəni cismən aparmaq olardı. Bir təlxək kimi yaxşı
formada olmasam da, istər Tsüpfnerdən, istərsə də Zom‐
mervilddən cəld olardım. Onlar döyüş mövqeyi tutana qədər
üç dəfə mayallaq aşıb arxalarına keçər, boyunlarından tutub
qanırardım. Bəlkə də, bütün qaydalarla döyüşməyi nəzərdə
tuturdular. “Nibelunqlar nəğməsi”ndəki o “qeyri‐adi” döyüş
növlərinə, deyəsən, yaxşı bələd idilər. Yoxsa mənəvi müba‐
rizəni nəzərdə tuturdular? Belə də olsa, onlardan qorxmur‐
dum. Elə isə niyə Mariyanı mənim, bir növ, mənəvi
mübarizəyə başlamağıma işarə olan məktublarıma cavab
yazmağa qoymadılar? O riyakarlar “toy səfəri”ndən, “bal
ayı”ndan danışa‐danışa məni əxlaqsız hesab edirdilər. Kaş
biləydilər ki, restoran xidmətçiləri, mehmanxana qulluqçuları
toy səfərinə çıxanlardan, bal ayına gedənlərdən nələr
danışırlar! Qatarda da, mehmanxanalarda da hər yetən
onların dalınca söylənir və uşaq da bilir ki, onlar “bal ay”ında
yalnız “o iş”lə məşğul olurlar. Bəs onların mələfəsini kim
yuyur? Axı indi əllərini Tsüpfnerin çiyninə qoyanda yadına
düşməlidir ki, onun buz kimi əllərini qoltuğumun altında
isitmişdim...
***
Həmin əllərlə indi qapını açır, yuxarıdakı otaqda balaca
Mariyanın yatağını düzəldir, aşağı düşüb mətbəxdə çörək
qızdırır, su qaynadır, qutudan siqaret götürür... Qulluqçu qızın
məktubunu bu dəfə mətbəx masasının üstündən deyil,