Page 351 - heynrix
P. 351
İ ROMAN

Çünki Bonnda rəsmi adamlara ərə gedən qadınların hamısı BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
“özlərinə yaraşan dərzi” axtarmağa başlayırdılar.
351
Mariya alman katolisizminin “first lady”si kimi əlində çay
fincanı və ya kokteyl qədəhi deyəcək:

– Sabah Kröqertin layihəsi əsasında ucaldılmış “Bakirə
Məryəm” heykəlinin açılışını edəcək o balaca, suyuşirin
kardinalı görübsünüz? Ah, İtaliyada hətta kardinalların özü də
gözəl kavalerlərdir. Elə suyuşirindirlər ki...

İndi düz‐əməlli taytıya da bilmirdim, əlac sürünməyə
qalırdı. Elə sürünə‐sürünə də eyvana çıxdım ki, vətən havası
ilə bir az nəfəs alım. Ancaq bunun da köməyi olmadı. Çoxdan
Bonnda idim, az qala, iki saat olardı və bu qədər vaxtdan sonra
“havasını dəyişmək istəyənlərə” Bonnun havası o qədər də
ləzzət vermirdi.

Yadıma düşdü ki, Mariya katolik kimi qaldığı üçün onlar,
əslində, mənə minnətdar olmalı idilər. Kinkelin, Zommervildin
hərəkətlərindən elə məyus olmuşdu ki, dəhşətli əqidə böhranı
keçirirdi. O qoçaq Blothert də müqəddəs Fransiskanı, az qala,
ateist eləmişdi. Bir ara kilsəyə getmədi, mənimlə kilsədə kəbin
kəsdirmək fikrindən də daşındı.

Elə bil acığa düşmüşdü, həmişə də dəvət olunduğuna
baxmayaraq, biz Bonndan çıxıb gedəndən yalnız üç il sonra o
“dairə”yə təzədən gedib‐gəlməyə başladı. O vaxt Mariyaya
dedim ki, “məyusluq” kilsəyə getməməyə əsas ola bilməz.
Əgər o, doğrudan, bu əqidənin sahibidirsə, yüz dənə Frede‐
boyl kimisi həmin əqidəni sındıra bilməz. Bundan əlavə – elə
beləcə də dedim – orada Tsüpfner də var. Düzdür, bir az qu‐
rudur, mənim adamım deyil, ancaq katolik kimi imanlıdır.
Yəqin ki, imanlı katoliklər çoxdur. Mərasimlərinə birgə getdiyi‐
miz bir neçə keşişin adını çəkdim, Papanı, Harri Kuperi, Alek
Qinnesi xatırlatdım. Sonralar Papa ilə Tsüpfner katolikliyin
“məhəkdaşı”na çevrildilər. Qəribədir ki, həmin vaxtlarda Hayn‐
rix Belenlə yaxınlıq eləmirdi, əksinə, deyirdi ki, “qır‐saqqızdır”
və mən ondan söhbət salanda pərt olurdu, şübhələnməyə
başlayırdım ki, “Mariya ilə yaxınlıq eləməyə” çalışar. Düzdür,
   346   347   348   349   350   351   352   353   354   355   356