Page 359 - heynrix
P. 359
İ ROMAN

mücərrəd pula, “dövlət” və “Almaniya” kimi şeylərə. Ancaq BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Edqar bunların heç birinə inanmırdı. O vaxt taksiyə minəndə
əməlli‐başlı xətrinə dəymişdi. İndi təəssüflənirəm ki, gərək o 359
vaxt Edqara hər şeyi başa salaydım. Qalan heç kəsə heç nədə
izahat verməyə borclu deyildim. Güzgüdən aralandım. Orada
gördüyüm adam çox xoşuma gəlmişdi. Ağlıma da gətirmirdim
ki, orada gördüyüm elə özüməm. O artıq təlxək deyildi, ölü
rolunu oynayan meyit idi.

Yataq otağımıza keçdim. Mariyanın paltarlarını görə‐
cəyimdən qorxduğum üçün hələ ora girməmişdim. Paltarların
çoxunu mən almışdım, hətta böyük, gen olanda da dərzilərə
kəsdirməyə özüm aparmışdım. Qırmızı ilə qaradan başqa,
bütün rəngdə olan paltarları geyə bilirdi. Hətta boz rəngli pal‐
tarda da qəşəng görünürdü. Ancaq çəhrayı və yaşıl rənglər ona
daha çox yaraşır. Bəlkə, qadın paltarları sahəsində yaxşı
mütəxəssis kimi pul da qazana bilərdim, ancaq bu da mono‐
qam, üstəlik də, homoseksualist olmayan bir kişi üçün
cəhənnəm əzabına dönərdi. Kişilərin çoxu arvadlarına çek
verib deyirlər ki, get hansı paltar dəbdədirsə, ondan al. Əgər
bənövşəyi rəng dəbdədirsə, çek sarıdan korluq çəkməyən
bütün qadınların hamısı bənövşəyi paltar geyinir. Ona görə də
hər hansı yığıncaqda “sayılıb‐seçilən” qadınların hamısı
bənövşəyi paltarda ora‐bura qaçışanda həmin yığıncaq güclə
yaşamağa ruhlandırılan qadın yepiskoplarının baş məclisinə
bənzəyir. Axı bənövşəyi rəng çox az qadına yaraşır. Amma
Mariyaya çox yaraşırdı. Mən hələ evimizdə qalan vaxtlarda
birdən‐birə qonur‐çuval paltarlar dəbə mindi, ərlərinin “layiqli
paltar geyinməyi” tapşırdığı o zavallı cücələr anamın təşkil et‐
diyi “jour‐fixe”lərə, sanki çuvala bürünüb gəlirdilər. Bir
neçəsinə lap yazığım gəlirdi, xüsusən də saysız‐hesabsız
prezidentlərdən hansınınsa ucaboy, kök arvadına o qədər
yazığım gəlirdi ki, az qalırdı, yaxınlaşıb üstünə süfrədən,
pərdədən nəsə atım. Əri – o küt heyvan isə heç nə eşitmir, heç
nə görmürdü. Hər hansı homoseksualist desəydi ki, indi belə
dəbdədir, arvadını çəhrayı gecə köynəyində bazara gön‐
dərərdi. Səhəri gün də gedib yüz əlli yevangelist keşişin qar‐
   354   355   356   357   358   359   360   361   362   363   364