Page 362 - heynrix
P. 362
HAYNRİX BÖLL
ralar deyirdi ki, bütün bunların hamısı heç bircə dəqiqə də
çəkməyib, heç kəs nə baş verdiyini anlamayıb, yalnız onda
ayılıblar ki, alov ərşə qalxıb, mən də o şeylərin hamısını oda
atıb qurtarmışam. Hətta bir amerikan zabiti də peyda olub, elə
bilib ki, gizli sənədləri – “Böyük alman veervolfu”nun proto‐
kollarını yandırıram. Ancaq o gəlib çıxanda hər şey külə
dönmüşdü, yalnız yanıq iyi gəlirdi. Zabit əyilib bir az kənarda
qalmış məktub qalağını götürmək istəyəndə qoymadım, əlinin
üstündən vurub yerə saldım, benzinin qalanını da alovun
üstünə çilədim. Az keçmiş yanğınsöndürənlər gəldi. Uzun,
qalın şırnaqlarla gəlmişdilər, arxadan kimsə uca, gülünc bir
səslə indiyəcən eşitdiyim əmrlərin ən gülüncünü verdi: “Suyu
buraxın!” Heç utanmadan külün üstünə su çilədilər. Pəncə‐
rələrdən birinin çərçivəsi alovdan azacıq qarsıdığı üçün
yanğınsöndürənlərdən biri şırnağı ora tutdu, içəridə nə
vardısa, hamısı suyun içində üzməyə başladı. Sonralar
döşəmənin parketi bir‐bir qalxmağa başladı, anamın haray‐
362 qışqırığı aləmi başına götürdü, bütün sığorta şirkətlərinə zəng
vurub aydınlaşdırmağa başladı ki, döşəmə sudan bu günə
düşüb, yoxsa alovdan və bunu sığortalanmış əmlak hesab
etmək olarmı?!
Konyak şüşəsini dodaqlarıma yaxınlaşdırıb bir qurtum
aldım, qaytarıb cibimə qoydum, əlimlə dizimin yarasını
yoxladım. Uzananda ağrı səngiyirdi. Bir az özümə gəlib fikrimi
cəmləşdirə bilsəydim, şiş də, ağrı da keçib‐gedərdi. Gedib
küçədən boş bir portağal qutusu tapardım, vağzalın girə‐
cəyində oturardım, gitara çalardım, mərhəmət diləkli kilsə
nəğmələri – litanaylar oxuyardım. Şlyapamı, ya da papağımı
yanıma – pilləkənin üstünə qoyardım, guya özü ora düşüb.
Əgər kiminsə ağlına gəlib nəsə atsa, başqaları da ona baxıb
atacaqlar. Mənə pul çox lazım idi, çünki siqaretim qurtarırdı.
Yaxşı olardı ki, papağın içinə özüm bir‐iki qara qəpik, bir neçə
dənə də beşpfenniqlik qoyaydım. Çox güman ki, Leo mənə, az
da olsa, pul verəcəkdi, hələlik bəs eləyərdi. Özümü artıq orada
oturan görürdüm; qapqara vağzal sütunlarının fonunda