Page 367 - heynrix
P. 367
İ ROMAN

sinədaşının altında uyuyacaq... Bilmirəm, nədəndir: özüm BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
kimiləri çox sevirəm, yəni insanları!
367
Mənim kimi adamlardan hansısa öləndə kədərlənirəm
Hətta anamın da qəbrinin üstündə ağlayardım. Qoca
Derkumun dəfnində məni saxlamaq olmurdu. Elə hey tabutun
üstünə torpaq tökürdüm. Kimsə arxadan pıçıldadı ki, belə
yaramaz, ancaq dayanmadım, Mariya beli əlimdən alanacan
torpaqladım... Sonra Derkumun mağazasını da, evini də
görmək istəmədim. İstəmirdim, ondan nəsə yadigar qalsın.
Heç nə... Mariya da ağıllı tərpəndi, mağazanı satdı, pulunu da
“uşaqlarımıza” saxladı.
Gitaranı götürmək üçün dəhlizə gedəndə artıq axsamır‐
dım. Onu köynəyindən çıxardım, qonaq otağında iki stulu
qarşı‐qarşıya qoydum, telefonu yanıma çəkdim, uzanaraq
gitaranı dınqıldatmağa başladım. Bu dınqıltılar mənə ləzzət
elədi. Çalmağa başlayanda, demək olar ki, bütün ağrı‐acını
unutdum: mater amabilis – mater admirabilis1... Ora pro nobis
sözlərini özüm oxumadım, gitarada dilləndirdim.
Deyəsən, yaxşı alınırdı. Əlimdə gitara, yanımda şlyapa!
Necə varamsa, eləcə də vağzalda dayanıb Romadan gələn
qatarı gözləyəcəyəm. Mater boli consilli! Onda mən Edqar
Vinekengildən qayıdanda Mariya demişdi ki, biz heç vaxt, heç
vaxt ayrılmayacağıq, “bizi yalnız ölüm ayıra bilər”. Mən də hələ
ölməmişdim. Vineken həmişə deyərdi: “Kim mahnı oxuyursa,
deməli, yaşayır” və yaxud: “Ağzında dad varsa, deməli, hələ
hər şey itirilməyib”. Mən indi mahnı oxuyurdum və yemək
istəyirdim. Mariyanın necə oturaq həyat tərzi keçirəcəyini heç
cür təsəvvürümə gətirə bilmirdim. Biz həmişə şəhərdən‐
şəhərə getmiş, mehmanxanadan‐mehmanxanaya köçmüşdük.
Haradasa bir‐iki gün qalanda həmişə deyərdi:
– Boş çamadanlar ağızlarını əjdaha kimi açıb deyirlər ki,
bizi doldurun...
Biz də onları doldurub yola düşürdük. Mən haradasa bir‐
iki həftə qalmalı olanda Mariya düşürdü şəhərin canına,

1Mater amabilis – mater admirabilis – sevimli ana – bizimlə fəxr edən ana (lat.)
   362   363   364   365   366   367   368   369   370   371   372