Page 371 - heynrix
P. 371
İ ROMAN

– Yox, – dedim, – Bonnda xeyli qalacam. Heç olmasa, BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Haynrix Belenin ünvanını ver, zəng vurum gəlsin. Bəlkə,
Kölndədir, ya başqa yerdə... Dizim yaralanıb... Pulum yoxdur... 371
Agentim yoxdur... Mariya da çıxıb gedib... Elə sabah da belə
qalacam: yaralı, pulsuz… Nə agentim olacaq, nə də Mariya.
Görürsən, o qədər də təcili deyil. Bəlkə, Haynrix artıq keşiş
olub, mopedi, ya da buna bənzər nəyisə var. Məni eşidirsən?

– Eşidirəm, – deyə yorğun halda cavab verdi.
– Xahiş edirəm, onun ünvanını, telefon nömrəsini ver.
Susdu. Köksünü elə ötürdü ki, deyərdin, yüz il tövbə
masasında oturub, bəşəriyyətin indiyəcən işlətdiyi bütün gü‐
nahlara, buraxdığı səhvlərə də o cavabdehdir.
– Yaxşı, – nəhayət, məcburiyyət qarşısında qalıbmış kimi
dilləndi. – Deməli, xəbərin yoxdur?
– Yoxdur, yoxdur, – qışqırdım. – Allah eşqinə, Leo, bir az
aydın danış.
– Haynrix daha din xadimi deyil, – yavaşdan dilləndi.
– Mənim bildiyimə görə, din xadimi ömrünün sonuna
kimi din xadimi olaraq qalır.
– Elədir. Demək istəyirdim ki, daha orada işləmir. Çıxıb
gedib. Neçə aydır ki, izsiz‐tozsuz yoxa çıxıb.
Sözlər onun ağzından elə bil kəlbətinlə çıxırdı.
– Eybi yox, bir də görəcəksən, gəlib çıxdı. – Birdən nəsə
yadıma düşdü. – Tək gedib?
– Yox, – Leo ciddiləşdi, – bir qızla qaçıb. – Bu sözlər elə
səsləndi ki, sanki dedi: “Haynrix cüzam xəstəliyinə tutulub”.
Qıza yazığım gəldi. Çox güman ki, katolik idi və yazıq indi
keçmiş bir din xadimi ilə hansı xarabadasa oturub “cismani
tələbat”ın bütün xırdalıqlarına dözür, paltarları, kəmərləri hara
gəldi atılıb, siqaret kötükləri ilə dolu nəlbəkilər, yarısı cırılmış
kino biletləri ətrafa səpələnib. Pul qurtarmağa başlayıb, qız da
çörək, siqaret, ya da bir şüşə şərab almaq üçün pilləkənlə aşağı
düşəndə deyingən sahibə öz otağının qapısını açır, yazıq qız
da: “Mənim ərim sənət adamıdır!”, “Bəli, sənətkardır!” –
deməyə macal tapmır. İkisinə də yazığım gəldi. Ancaq qıza
   366   367   368   369   370   371   372   373   374   375   376