Page 374 - heynrix
P. 374
HAYNRİX BÖLL
də düz elədi, yoxsa səhv. Ancaq ona deməyə sözüm çox idi!
Deyəcəkdim ki, ilahiyyatı Cənubi Amerikada, Moskvada, ya da
dünyanın istənilən şəhərində öyrənsin. Təki Bonnda öyrən‐
məsin! Axı, nəhayət, anlamalı idi ki, onun əqidə adlandırdığı
şeyə Bonnda, Zommervild, Blothert kimilərinin yanında yer
yoxdur. O, Bonnda həmişə sonradan “katolikləşmiş” Şnir ola‐
caq, bəlkə də, keşiş rütbəsinə qədər yüksələcək və əslində,
bununla “qiymətli kağızlar”ın qiymətini bir az da qaldırmış ola‐
caq. Bütün bunlar barədə onunla mütləq danışmalı idim. Yaxşı
olardı ki, evimizdə, anamın təşkil etdiyi “jour‐fixe”lərin birində
söhbət edəydik. İki qardaş, evin iki “vəfasız” oğlu, mətbəxdə
Annanın yanında oturub, qəhvə içərdik, keçmişi, o “şan‐
şöhrətli” günləri, bağda qumbara ilə tankları necə partlatmağı
məşq elədiyimizi xatırlayardıq. Bir də bizdə yerləşdirilmək
üçün əsgər gətirmiş hərbi maşınların qapımızın ağzında necə
dayandığını... Deyəsən, mayor rütbəli zabit idi, bir də
feldfebellər və əsgərlər... Bir maşın da bayraqları vardı. Ancaq
374 işləri‐gücləri qayğanaq yemək, konyak içmək, siqaret çəkmək,
bir də mətbəxdə qızlarla mazaqlaşmaq idi. Hərdən rəsmiləşir,
yəni ciddiləşirdilər; həmin anlarda evin qabağında sıraya
düzülürdülər, zabit isə sinəsini qabağa verərək, əli mundirin
yaxasında – polkovnik rolunu oynayan istedadsız aktyorlar
kimi çığıra‐çığıra “son və qəti qələbə”dən danışırdı. Elə gülünc,
elə mənasız görünürdü ki, adam lap pərt olurdu. Bir dəfə
xəbər çıxdı ki, Vineken gecə bir neçə qadınla meşədən – alman
və amerikan əsgərlərinin cəbhə xəttindən keçərək
çörəkxanada işləyən qardaşıgilə gedib, oradan çörək alıb.
Bunu eşidəndə əsgərlər elə ciddiləşdilər ki, az qala, bu işin
sonu faciə ilə bitəcəkdi. Zabit Vinekeni də, onunla gedən
qadınları da casusluqda, xəyanətdə günahlandıraraq güllə‐
lətmək istəyirdi (Vineken istintaq zamanı demişdi ki, orada
hətta amerikan əsgərləri ilə söhbət də edib). Ancaq atam, əgər
yaddaşım məni aldatmırsa, həyatında ikinci dəfə qəzəbləndi,
qadınları onlar üçün düzəldilmiş “həbsxana”dan çıxardı, aparıb
çayın sahilində qayıqlar saxlanılan komada gizlətdi. Onda,
doğrudan da, igidlik elədi, zabitin üstünə qışqırdı, zabit də