Page 375 - heynrix
P. 375
İ ROMAN

onun üzünə qayıtdı. Həmin anda hirsindən titrəyən zabitin BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
döşündəki ordenlərin cingildəməsi onu çox gülünc göstərirdi.
Anam isə öz şirin ləhcəsilə deyirdi: 375

– Cənablar! Cənablar, sərhədi aşırsınız...
Əslində, anama təsir eləyən iki “cənab”ın bir‐birinə
qışqırması idi. Atam dedi:
– O qadınların başına bir iş gəlməmiş məni güllələyin!
Xahiş edirəm...
Və doğrudan da, pencəyinin düymələrini açıb, sinəsini
zabitə tərəf irəli verdi. Ancaq əsgərlər amerikanları Reynin
sahilində görən kimi əkildilər. Yalnız bundan sonra yazıq
qadınlar komadan çıxdılar. Əslində, mayoru – deyəsən,
doğrudan, mayor idi – belə gülünc vəziyyətə salan ordenləri
idi. Sinəsini bu ordenlərlə bəzəməsəydilər, bəlkə də, özünü bir
az ləyaqətli aparmağa gücü çatardı. Anamın təşkil etdiyi “jour‐
fixe”lərdə sinələri ordenlə bəzənmiş o alçaq meşşanları
görəndə həmin zabit yadıma düşür və Zommervildin “Kilsəyə
xidmətinə görə” ordeninə şükür oxuyuram. Zommervild,
doğrudan da, kilsəsinə sədaqətlə xidmət edir, “yaradıcı
şəxsiyyətlər”ə təsiri böyükdür, orden taxmağın da yerini
qəşəng bilir. Onu yalnız kilsə mərasimlərində, təntənəli
ibadətlərdə, televiziyaya çıxanda taxır. İnsafla desəm, onda bir
az utancaqlıq hissi qalmışdı, ancaq sonralar televiziya onu da
əlindən aldı. Əgər bizim əsr nə iləsə yadda qalası olsa,
fahişələr əsri kimi qalacaq. Camaat da getdikcə fahişə leksiko‐
nuna öyrəşməyə başlayır. Bir dəfə hansısa telemüzakirədən
sonra (deyəsən, “Müasir incəsənət din yönümlü ola bilərmi?”
mövzusunda idi) Zommervildə rast gələndə soruşdu:
– Hə, yaxşı idim? Xoşuna gəldim?
Bu, fahişələrin öz müştərilərini yola salarkən verdikləri
suallar idi, sözbəsöz təkrar edirdi. Bircə o qaldı desin ki, məni
öz dost‐tanışlarına da məsləhət gör! Ona görə də dedim:
– Xoşuma gəlmədiniz, heç dünən də qəti xoşuma gəl‐
mirdiniz.
Az qala, o dünyalıq oldu, halbuki yazığım gəlib onun
dünənki çıxışı haqqında fikirləşdiklərimin hamısını demədim.
   370   371   372   373   374   375   376   377   378   379   380